Gideon üçün son bir təşviq var: Midyanlının yoldaşı tərəfindən izah edilən yuxusu. Eyni zamanda öyrənilməli son bir dərs var: onun cəsarəti bir kasıb arpa çörəyindən daha yaxşı deyil. Sonra döyüş başlaya bilər. Gecə ərzində, üç dəstə adam düşmənin düşərgəsinin ətrafına diqqətlə yerləşir. Bu qəribə əsgərlərin silahlarının nə olduğuna diqqət yetirməliyik: bir qabın içində yanan məşəl. Digər əllərində isə Yerixoda olduğu kimi bir truba var. Onların nə qılıncı, nə də nizəsi yoxdur, çünki bu, RƏBBin döyüşüdür. «Qüdrətin üstünlüyü Allahdan olsun, bizdən deyil» 2 Korinflilərə 4:6-7-də izah edildiyi kimi. Eyni ayə imanlıları iradələri qırılmalı olan gil qablara bənzədir ki, möhtəşəm xəzinə (içlərindəki Məsih) başqalarına parlasın.
Gecənin ortasında yüksək səsli borular çalanda və dağın yamaclarında işıqlar parlayanda, bütün düşərgə dəhşətə düşərək oyanır. Onlar panikaya düşür, bir-birini öldürməyə başlayır və hara gəldi qaçırlar. Sonra təqib başlayır, digər İsraillilər üç yüz əsgərə qoşulur.
İsrailin tarixi bu möhtəşəm hadisəni qeyd edir (Zəbur 83:11). Oreb qayası və Zeebin şərab presi gələcək nəsillərə RƏBBin xilasını xatırladacaq.