SİLİNDİ!
İNDİ!
Bir səhər çöldə oturub boz buludların və dumanın külək tərəfindən necə silinib aparıldığını seyr etdim, qaranlıq və zülmətin yerində mavi səma və günəş işığı qaldı. Bu səhnə mənə hər birimizin həyatımızda eyni şeyin baş verməsini arzuladığımızı xatırlatdı. Sonra bu ayəni düşündüm:
«Mən sənin günahlarını bulud kimi, səhər dumanı kimi sildim» (Yeşaya 44:22, İncil).
Əgər özümüzlə dürüst olsaq, etiraf edərik ki, günahlarımız həyatımızda qaranlıq, narahat bir hiss yaradır. Müqəddəs Kitab bizə bunun səbəbini deyir; o deyir ki, «günahın əvəzi ölümdür.» Günahlarımıza görə biz ölümə layiqik. Lakin ölüm əvəzinə, Allah bizə həyat təklif edir. Cəza əvəzinə, O, günahlarımızı silir və bizə bir hədiyyə verir:
«Allahın hədiyyəsi Rəbbimiz İsa Məsihdə əbədi həyatdır» (Romalılara 6:23).
Allah bunu necə edir? O, yeganə Oğlunu bizim günahımızı və günahkarlığımızı örtmək üçün çarmıxda ölməyə verdi:
«Biz hələ günahkar ikən, Məsih bizim üçün öldü.» Onun tökülən qanı bütün günahlarımızı silir, həyatımızı yalnız Onun məhəbbətinin işığı ilə doldurur: «Oğulu İsa Məsihin qanı bizi bütün günahlardan təmizləyir» (Romalılara 5:8; 1 Yəhya 1:7). Allah günah buludlarını həyatımızdan sildikdən sonra, bizə bir dəvət göndərir: «Mənə qayıdın, çünki Mən sizi xilas etdim» (Yeşaya 44:22).
Niyə İsanın sizi itirilmiş, qaranlıq, günahkar vəziyyətinizdən xilas etmək üçün göndərilmiş dünyanın işığı olduğunu qəbul etməyəsiniz? Niyə Onun qanının günahlarınızı silməsinə icazə verməyəsiniz ki, yeni əbədi həyatınızdan zövq almağa başlaya biləsiniz? Niyə Ondan bunu indi etməsini istəməyəsiniz? Biz sizə daha çox məlumat verə bilərik.





