«Dəmir dəmiri itiləyir, insan da insanı itiləyir.» (Süleymanın Məsəlləri 27:17)
Xristian həyatı bir ziyarətdir. Bəzən yol çətin olur və biz tək qalırıq. Bəzən ruhdan düşə bilər və səyahəti tərk etməyi düşünə bilərik. Məhz belə vaxtlarda Allah yanımıza bir dost qoyacaq. Allahın bizə verdiyi ən qiymətli hədiyyələrdən biri bizi ruhlandıran və bizi «davam etməyə» sevgi ilə çağıran dostlardır.
Müqəddəs Yazılara görə, dost sizi Allahın nəzərdə tutduğu hər şeyə çevrilməyə çağıran kəsdir. Yonatan atasının yerinə İsrailin növbəti padşahı ola bilərdi. Lakin o, dostu Davudu sevirdi və onu Allahın iradəsini izləməyə ruhlandırırdı, baxmayaraq ki, bu, Yonatanın taxta olan öz iddiasından imtina etməsi demək idi (1 Samuel 19:1-7).
Bibliya dostlarının əlaməti odur ki, onların dostluğu sizi Məsihə daha da yaxınlaşdırır. Onlar sizi «itiləyir» və doğru olanı etməyə motivasiya edirlər. Həqiqi dostlar sizə həqiqəti deyir və hətta hisslərinizi incitmək riskini belə götürürlər, çünki sizi sevirlər və sizin ən yaxşı maraqlarınızı ürəkdən istəyirlər (Süleymanın Məsəlləri 27:6).
Dost seçiminə diqqət yetirin! İsa ən yaxın dostlarını ağıllıca seçdi. O, mükəmməl dostlar axtarmırdı, lakin ürəkləri Allahı izləməyə yönəlmiş dostlar axtarırdı. Başqalarına necə bir dost olduğunuzu araşdırmaq da eyni dərəcədə vacibdir. Bir dost olaraq, başqalarının ehtiyaclarını birinci yerə qoymaq sizin vəzifənizdir (Süleymanın Məsəlləri 17:17). Allahın istədiyi insan olmağa sizi çağıran dindar dostlar tapmağa çalışın. Onları tapdığınız zaman, Allahın sizi ruhani cəhətdən yetkinləşdirmək üçün onlardan necə istifadə etdiyinə açıq olun. Həmçinin çalışın ki, olun başqalarının Məsihə daha çox bənzəməsinə kömək edən bir dost.
