Allahın cavabı: Onun lütf içindəki əməllərinin tam vəhyi; minillik
Növbəti iki fəsil bizə bu müraciətə cavab olaraq Allahın əməllərinin tam vəhyini verir. Əvvəla, Allah, Öz lütfü vasitəsilə başqaları tərəfindən axtarılmışdı. O, Öz adıyla çağırılmayanlara Özünü tanıtmışdı. Allahın sonsuz və qüdrətli lütfü yoxsul bütpərəstləri axtarmışdı. Eyni zamanda, sonsuz səbrlə, Onu istəməyən bir xalqa — Onu davamlı olaraq ən kobud şəkildə qıcıqlandıran bir xalqa əllərini uzatmışdı. Və indi O, Öz fikrini elan edir. Onu tərk edən xalq mühakimə olunacaq; O, onları qılıncla sayacaq; onlar qırğına baş əyəcəklər. Lakin lütf içində seçilmiş bir qalıq olacaq — Yehovanın qulları, hansılar ki, xilas ediləcək və bərəkətlənəcəklər (ayə 11, 12, 8, 9, 13, 15). Yehova daha sonra tamamilə yeni bir nizam yaradacaq, hansında ki, Onun vədlərinin həqiqəti qəbul ediləcək və əvvəlki şeylər tamamilə unudulacaq — yeni göylər və yeni yer, hələ fiziki dəyişiklik baxımından deyil, lakin mənəvi nizamı tamamilə yeni olacaq. Bu, yalnız yer üzündə yeni bir nizam olmayacaq, hansını ki, göylərdəki pisliyin gücü əvvəlki günlərdə olduğu kimi poza bilərdi; göylərin öz vəziyyəti yeni olacaq. Başqa yerlərdən öyrənirik ki, Şeytan qovulmuş olacaq və onun oradakı gücü əbədi olaraq yox olacaq. Həqiqətən də, bu, Yerusəlimdəki son dəhşətli sınaqların səbəbi olacaqdı. Lakin indi Yerusəlim yer üzündə bərəkətlənəcək və onun xalqı Yehovanın hədiyyələrindən tufandan əvvəlki insanların ömrü qədər uzun bir həyatda zövq alacaq. Yüz yaşlı bir adam uşaq olacaq; və əgər kimsə o yaşda ölsə, Allahın lənəti ilə kəsilmiş hesab edilməlidir. Allah həmişə Öz xalqının dualarını qəbul edəcəkdi. Sülh qurulacaq və Onun bütün müqəddəs dağında heç bir pislik olmayacaqdı. Bu, yəhudilərin minillik vəziyyətidir.