Moriya dağında İbrahim bir dəfə oğlu İshaqı qurban vermişdi (Yaradılış 22:2; 2 Salnamələr 3:1). Lakin Allah İbrahimin əlini saxlamışdı, necə ki, indi də mələyin əlini saxlayır. Beləliklə, yönləndirilmiş ilahi hökm, indi Davudun təqdim etdiyi qurbanı yandıran od şəklini alır (26-cı ayə). İshaqın yerinə əvəzedici qurban təqdim etdikdən sonra İbrahim bu yerə «Yehova-yire» adını vermişdi, yəni «RƏBBİN dağında görünəcək (və ya təmin olunacaq)» (Yaradılış 22:14).
Bizə gəldikdə isə, biz bu təminatın təntənəsini bilirik və həmçinin bilirik ki, bizim yerimizə Allahın hökmünün zərbələrini kim qəbul etməli idi. Burada mələyə «Yetər» deyən səs sonra ona qılıncı qınına qoymağı əmr edir; lakin bu səs bir gün «Ey qılınc, çobanıma və Mənim yoldaşım olan adama qarşı oyan . . . çobanı vur» deyəcək səslə eynidir (Zəkəriyyə 13:7). Dərk edilməz və möcüzəli sirr! Layiq olduğumuz hökm bizdən əbədi olaraq uzaqlaşdırıldı, çünki o, bizim yerimizə vurulanın üzərinə düşdü: Allah tərəfindən təyin edilmiş Çoban İsa, bizim yaxşı Çobanımız, «Mənim yoldaşım olan adam, ordular RƏBBİ deyir».