2-ci fəsil bizi Ahasverin sarayından çıxararaq Şuşanda və imperiyanın qalan hissəsində zülm çəkən, əziyyət çəkən bir xalqı göstərir, hansının ki, alçaldılması sarayın yüksək həyat tərzi ilə ziddiyyət təşkil edir, eynilə yazıq Lazarın alçaldıcı vəziyyətinin varlı adamın dəbdəbəli həyatı ilə ziddiyyət təşkil etdiyi kimi (Luka 16:19-21). Bu insanlar sürgündəki yəhudilərdir. Onlar vətənlərindən uzaqda, nə məbədsiz, nə qurbanlarsız, nə kralsız, nə də milli birliksiz qalmışlar. Onlar atalarının torpağına qayıtmaq fürsətini əldən vermişdilər (Ezra 1:3). Vəziyyət o qədər pisdir ki, onlar RƏBB tərəfindən tamamilə tərk edilmiş kimi görünürlər, hansının ki, adı, faktın diqqətəlayiq olmasına baxmayaraq, bütün kitabda bir dəfə də olsun qeyd edilmir.
Həyatımızda elə vaxtlar ola bilər ki, öz günahımız ucbatından Məsihdəki sevincimizi itiririk. Biz Onun qurbanının dəyərini tanımaqdan vaz keçirik. Qəlbimizdə O deyil, dünya hökm sürür. Nə qədər acınacaqlı bir vəziyyət! Lakin Rəbb bizi buna görə unutmuşdurmu? Ester kitabı bizə göstərəcək ki, O, bizi heç də unutmamışdır.
Sarayın qapısında Benyamin qəbiləsindən olan bir İsrailli Mordekay dayanır. O, gənc əmisi qızı Esteri, yetim qızı böyütmüşdür və Vaştinin yerinə keçmək üçün namizədlərdən biri seçildikdən sonra da ona sədaqətlə nəzarət edir (11-ci ayə).