Harunun efodun altında geyinməli olduğu tamamilə mavi cübbə, Baş Kahinimizin səmavi xarakterindən bəhs edir. O, göylərdən yüksəyə qaldırılsa da (İbranilərə 7:26), yer üzündə Onun cənnətdəki kahinliyi ilə dəstəklənən və birlikdə, sanki, «Onun geyimlərinin ətəyini» təşkil edən «birlikdə yaşayan qardaşlar» tərəfindən Ona şəhadət verilir (Zəbur 133:1-2). Zənglər bizə Allah övladlarının həyatında eşidilməli olanları düşündürür. Onların cingiltisi kahinin yaşadığının sübutu idi. Biz ətrafımızdakı hər kəsə Məsihin yaşadığını göstəririkmi? Narlar meyvəni təmsil edir: müqəddəslərin həyatında səmavi İnsanın «cübbəsinə» bağlı qalsalar, görünməli olan (müq. Yəhya 15:5). Və vurğulayaq ki, zənglər və narlar sayı bərabər olduğundan, hər bir Allah övladının həyatında sözlər və əməllər əl-ələ getməlidir. Lakin bu şəhadət və xidmətdə özümüzü zəif və uğursuz hiss etsək, əmin bir qaynağımız var: Allah qarşısında mütləq müqəddəsliyində İsa, alnında «RƏBBƏ MÜQƏDDƏSLİK» yazılmış qızıl lövhə ilə. Onu nəzərdən keçirərkən, artıq öz zəifliklərimizlə deyil, Onun mükəmməllikləri ilə məşğul olacağıq (Zəbur 84:9).
Fəslin son hissəsi Harunun oğullarının geyimlərini təsvir edir və bizə Zəbur 132:16-dakı vədi düşündürür.