Xalqın verdiyi öhdəliyə baxmayaraq (Nehemiya 10:31), Şənbə istirahətinə artıq hörmət edilmirdi. Nehemiya bu vəziyyəti düzəltmək üçün ən enerjili vasitələrə əl atır.
Biz, əziz Allah övladları, Rəbbin gününə İsrailin Şənbə gününə verdiyi qədər əhəmiyyət verməliyikmi? Əlbəttə, biz artıq qanun altında deyilik. Lakin təəssüf ki, bazar günü bəzi xristianlar tərəfindən adi bir istirahət və əyləncə günü kimi qəbul edilə bilər, yaxud əvvəlki gün bitirilə biləcək ev tapşırıqları üçün istifadə edilə bilər!
Bu qapıları oxuduğumuz zaman, xarici dünyanın təhlükələrindən qorunmaq üçün gecə bağlanmalı olan bu qapılar bizə bir daha, əksinə, müqəddəs şəhəri xatırladır ki, onun haqqında deyilir: «Onun qapıları gündüz heç vaxt bağlanmayacaq, çünki orada gecə olmayacaq... Və ora heç bir murdar şey, iyrənclik edən, yaxud yalan danışan heç nə girməyəcək» (Vəhy 21:25; Vəhy 21:27).
Tarixin pərdəsi, hələlik, İsrail üzərində düşür. O, yalnız dörd əsr sonra (dəqiq desək, dörd yüz qırx il sonra) Yeni Əhdi-Cədidin ilk səhifəsində onların Xilaskarı və Məsihinin üzərində qalxacaq.