Yeşua və Hakimlər kitabları arasında böyük fərq var. Yeşua İsrailin Kənan torpağını zəfərlə ələ keçirməsini göstərir. Hakimlər bizə insanların öz miraslarında yaşaması haqqında məlumat verir. Üst-üstə düşsələr də, eyni mövzuları əhatə edirlər. Lakin Hakimlər kitabının əvvəlində belə, artıq Yeşuanın dövründə olmadığımızı göstərən müəyyən əlamətlər var. Yəhuda Kənanlılara qarşı qızğın hərəkət etsə də, Rəbbə qardaşı Şimondan daha az güvənir. Sonra düşmən padşah sağ qalır, lakin ona vəhşicəsinə rəftar edilir.
Şanlı dövr açıq-aydın bitmişdir; biz İsrailin tənəzzülünə şahid olacağıq.
Eyni şəkildə bu, Allah qarşısında məsul olan Kilsənin başına gəlmişdir. Onun gücü və böyük ölçüdə kollektiv xeyir-duası bu gün yox olmuşdur. Lakin Allah dəyişməmişdir. Onun gücü hələ də fərdi mömin üçün mövcuddur. Otnielin Debiri ələ keçirməsi buna bir nümunədir. Xeyir-dua da əlimizdədir. Biz yalnız Axsa kimi istəməliyik (15-ci ayə). Bu, Allahın Ruhundan gəlir, hansı ki, Qanunun Təkrarı 8:7-də vəd edilmiş «su axınları» kimi, Allahın kəlamı ilə ruhlarımızı təzələyir. İlin əvvəlində Atamızdan bu xeyir-duanı istəyək.