“Səhər tezdən, hələ qaranlıq ikən, O, qalxdı, çıxdı və tənha bir yerə getdi. Və orada dua edirdi.” (Mark 1:35)
Şagirdlər arasında İsanın səhər tezdən dua etdiyini bilmək adi bir şey idi. Ona ehtiyac duyduqlarında, dua yerinə getməli olduqlarını bilirdilər. Yəhuda İsanı satanda, öz dəstəsini İsanın dua etdiyi yerə apardı.
Rəbb İsa hər dəfə mühüm bir qərarla üzləşəndə, dua edirdi. Atanın yolları əvəzinə dünyanın üsulları ilə işlər görməyə cəlb edildikdə, dua etdi (Matta 4). Şagirdlərini seçməyin vaxtı gələndə, bütün gecəni dua etdi (Luka 6:12). Allahın Oğlu on iki şagirdi seçməzdən əvvəl bütün bir gecəni duada keçirdi. Atamızın iradəsini aydın şəkildə müəyyən etmək üçün bizə duada nə qədər vaxt lazım ola bilər?
İsa tez-tez izdihamlarla əhatə olunduğu üçün, Atasının səsini aydın eşidə bilməsi üçün sakit bir yer tapmalı olduğunu bilirdi. İsanın həyatının istiqamətinə təsir etmək istəyən çoxlu insan var idi. Şagirdləri Onun izdihamların olduğu yerə getməsini istəyirdilər (Mark 1:37). İzdihamlar Onu padşah etmək istəyirdilər (Yəhya 6:15). Şeytan Onu ardıcıllar toplamaq üçün güzəştlərə getməyə cəlb etdi (Matta 4:3, 6, 9).
İsa bilirdi ki, Onun missiyası izdiham toplamaq deyil, Atasına itaətkar qalmaqdır. İsanın xidməti üçün gündəliyi dua müəyyən edirdi (Luka 6:12). Dua möcüzələrdən əvvəl gəlirdi (Yəhya 11:42-43); dua kritik anlarda Ona ruh yüksəkliyi gətirirdi (Luka 9:28-31); dua Ona çarmıxa getməyə imkan verdi (Luka 22:41-42); və dua dözülməz ağrılara baxmayaraq Onu orada saxladı (Luka 23:46). Xilaskarın nümunəsini izləyin və Allahla tək qaldığınız vaxtın, duada, həyatınızın gündəliyini müəyyən etməsinə icazə verin.





