Biz indi kitabın sonundayıq; biz nəhayət Eyubun başa düşdüyü böyük dərsə gəldik. Biz buna öz alçaq nəfsimizdən qurtuluş deyirik. RƏBB onunla danışarkən, Eyubun özü haqqında olan bütün yüksək fikirləri tədricən yox oldu. Addım-addım, o, ürəyinin pisliyini dəhşətlə kəşf edirdi. Daha heç nə deməyəcəyini vəd edən (Eyub 40:5) o, qışqırır: «Mən özümdən iyrənirəm və tövbə edirəm...». Bu, «kamil və doğru, Tanrıdan qorxan və şərdən çəkinən» bir adamın Tanrının hüzurunda durarkən deməli olduğu şeydir.
Eyub buğda kimi ələndi. Bu, ağrılı bir prosedur idi, lakin sonradan Peterdə olduğu kimi, onun özünə olan bütün asılılığını aradan qaldırdı. O, indi qardaşlarını gücləndirə və dostları üçün dua edə bilər (10-cu ayə; müq. Luka 22:32).
RƏBB onu dörd dəfə «qulum Eyub» adlandırır və üç bədbəxt təsəlliverəni qınayır. O, Eyuba həqiqi təsəlli gətirən başqalarını göndərir. O, Eyubu yalnız köhnə mövqeyinə qaytarmır, həm də ona əvvəlkindən ikiqat çox verir. Lakin Eyub indi bütün bunlardan daha qiymətli bir şey əldə etmişdir: o, özünü tanıdığı kimi, Tanrını da tanımağı öyrənmişdir.