İbadətin yerinə yetirilməsi üçün hələ bir əşya tələb olunurdu. Bu, tunc hovuz idi. O, qurbangahla çadır arasında, kahinin yolunda yerləşdirilməli idi ki, o, vəzifəsini yerinə yetirməyə gedərkən əllərini və ayaqlarını orada yuyurdu. Bu, Kəlamın gücü altında özünü mühakimə etməyin (su) bir mənzərəsidir, ibadət edəni dünyada gəzərkən qazandığı çirklənmədən təmizləyir (Yəhya 13:10).
Onu «cismin çirkliliyindən» (neqativ olaraq) təmizləyən sudan sonra biz müqəddəs xarakter verən məsh yağı (Ruh) tapırıq. Onun tərkibinə daxil olan maddələr Məsihin müxtəlif lütflərini və izzətlərini ifadə edir. Müqəddəs yağı insanın cisminə tökmək (bu, Ruhu insanı izzətləndirmək üçün istifadə etmək olardı) və ona bənzər bir şey etmək (Müqəddəs Ruhun işlərini təqlid etmək) qadağan idi. Zəbur 133:2 bizə bu qiymətli yağın başa töküldüyünü, Harunun saqqalına, sonra isə paltarının ətəyinə endiyini göstərir: Ruh tərəfindən öz izzətlənmiş Başçılarının mükəmməlliklərində sevinən və eyni məshdə iştirak edən qurtarılmışların möhtəşəm bir mənzərəsi. Bunun əksinə olaraq, buxurun şirin qoxusu daim Allaha doğru yüksələrək, Öz Seviləninin bütün üstünlüklərini Ona ətraflı şəkildə təqdim edirdi.