«Heç biri»
«Mən başa düşə bilmirəm ki, yaxşı, əxlaqlı bir həyat sürməyə çalışan bir adamın cənnətə getmək şansı, pis bir adamdan niyə daha yaxşı olmasın,» dedi bir xanım xilas məsələsi haqqında başqaları ilə söhbətində.
«Sadəcə bu səbəbdən,» kimsə cavab verdi. «Fərz edək ki, sən və mən giriş haqqı 30 dollar olan maraqlı bir yerə getmək istəyirik. Sənin 20 dolların var, mənim isə heç nəyim yoxdur. Kimin qəbul olunmaq şansı daha yaxşı olar?»
«Heç biri,» onun cavabı oldu.
«Sən haqlısan. Müqəddəs Kitab bizə deyir ki, əxlaqlı adamın cənnətə getmək şansı, açıq-aşkar günahkardan daha yaxşı deyil. Amma fərz edək ki, bizim çətinliyimizi görən xeyirxah və varlı bir dost öz hesabına hər birimizə giriş bileti verdi. Onda necə olar?»
«Yaxşı, onda ikimiz də eyni şəkildə girə bilərik.»
«Xilaskar İsa Məsih, təxminən 2000 il əvvəl gəldi və bizim üçün əbədi xilas əldə etmək üçün öldü. İndi O, sənə və mənə cənnətə pulsuz bilet təklif edir. Sadəcə əmin ol ki, sənin 20 dolların səni pulsuz bileti rədd edəcək qədər qürurlu etməsin və qəbul olunmaqdan məhrum olmayasan!»
Hər kəs üçün bir hesabat vaxtı gəlir. Cənnətə giriş biletiniz varmı?
«Hamı günah edib Allahın izzətindən məhrum olub» (Romalılara 3:23).
«Məsih İsa günahkarları xilas etmək üçün dünyaya gəldi» (1 Timoteyə 1:15).
«Oğula iman edənin əbədi həyatı var; Oğula iman etməyən isə həyat görməyəcək, əksinə Allahın qəzəbi onun üzərində qalır» (Yəhya 3:36).
