Ezra kitabı bizə Zerubbabel və yoldaşlarının Babilistandan qayıtdıqdan sonra məbədin yenidən qurulmasına necə başladığını; sonra düşmənlərinin təhdidedici manevrləri və müdaxiləsi ilə işlərini dayandırmağa necə icazə verdiklərini danışır.
İş dayandırıldıqdan on iki il keçmişdir. Bu təhdidlər indi yalnız zəif bir bəhanədir, peyğəmbər hətta onlardan danışmır. O, RƏBBin evinin viran vəziyyətini hər kəsin öz evini yaxşılaşdırmaqda göstərdiyi həvəslə müqayisə edərək xalqı utandırır (Filippililərə 2:21). Nə qədər kədərli eqoistlik, həm də nə qədər pis planlaşdırma! Bütün əməkləri yalnız aclıq gətirmişdi (müq. Zəbur 127:1-2). Əziz xristian dostlar, bu gün Allahın evini... yaşayan Allahın kilsəsini tikmək vaxtıdır (1 Timoteyə 3:15). Bunu necə edə bilərik? Ruhlarla məşğul olaraq, İsa Məsih olan təməl üzərində qurulmuş bu «canlı daşlar» olaraq; hər gün həvarinin ürəyində olan eyni zərif qayğıya malik olaraq; bir araya gəlməyi tərk etməyərək (1 Korinflilərə 3:10-17; 2 Korinflilərə 11:28; İbranilərə 10:25). Təəssüf ki, yığıncağa qarşı həvəssizlik və sevgi çatışmazlığı öz rahatlığımızla bağlı narahatlıqla nə qədər tez-tez əl-ələ gedir... Bəli, gəlin yollarımıza nəzər salaq (5, 7-ci ayələr).
