RƏBBİN yeni elan etdiyi hökm cəzasından sonra Yoşiya belə nəticəyə gələ bilərdi: RƏBBİN qəzəbini tökəcəyi bu yeri təmizləməyin nə faydası var? Lakin əsl mömin heç vaxt belə düşünməz. Hətta son hökm ərəfəsində də Müqəddəs Yazı əmr edir: «Müqəddəs olan hələ də müqəddəs olsun» (Vəhy 22:11). Ona Qanunun Təkrarı 31:11-dən oxunan sözləri tətbiq edərək, indi Allahın Kəlamının dəyərini özü üçün dərk edən padşah, onu «həm kiçik, həm də böyük» hər kəsə eşitdirməyə çalışır. Ətrafımızdakılara diri və qüdrətli Kəlamı bildirmək üçün eyni arzumuz varmı?
Allah evinin qeyrəti Yoşiyanı «yeyib bitirir», necə ki, daha sonra özündən daha böyük birini də yeyib bitirəcək (Yəhya 2:15-17).
Bu əlaqədə həvarinin Korinflilərə verdiyi sualı xatırlayaq. «Bilmirsinizmi ki, siz Allahın məbədisiniz və Allahın Ruhu sizdə yaşayır?» (1 Korinflilərə 3:16-17; 1 Korinflilərə 6:19). Biz nəcib bir qonağı dağınıq və çirkli bir evdə qəbul edərdikmi? Qonağın özü orada rahat hiss edərdimi? Ürəyimizdə məskən salmaq istəyən ilahi Ev sahibi olduqda bu nə qədər də çoxdur. Ona layiqincə hörmət etmək, hər şeydən əvvəl, bu ürəyi tıkaclayan və çirkləndirən hər şeyi çıxararaq qaydaya salmaq deməkdir.