1 Korinflilərə 6:13-20-də imanlını natəmizliyə qarşı xəbərdar etdikdən sonra, həvari 1 Korinflilərə 7:1-40-da ona Rəbbin təsdiqi ilə gedə biləcəyi yolu: evlilik yolunu danışır. Öz yolunu Kəlama görə saxlayan gənc xristian (Zəbur 119:9), bu əsas qərar üçün hər zamankından daha çox Rəbbə ümid etməli olacaq.
Sonra, ya Rəbbin birbaşa ilhamı ilə, ya da həvarinin təcrübəsinin bəhrəsi olaraq, evlilik vəziyyətləri çətin olanlara, xüsusilə də imansız həyat yoldaşı olan qardaş və ya bacıya kömək etmək üçün təlimatlar verilir. Qeyd edək ki, 16-cı ayənin təşviqi artıq iman gətirəndə evli olan bir imanlı üçündür, 2 Korinflilərə 6:14-ə itaətsizlik edən kəs üçün deyil.
«Siz bir qiymətə satın alınmısınız», – deyə 23-cü ayə təkrarlayır (1 Korinflilərə 6:20). Rəbb İsanın bizi Şeytanın və dünyanın gücündən xilas etmək üçün çəkdiyi əzab, günahkar yollara qayıtmamağımız üçün böyük bir səbəbdir. Rəbb Ona xidmət etmək üçün azad kişilər və qadınlar istəyir. Lakin hər kəsin hansı şərtlər altında xidmət etməsini seçən Odur: milli, sosial və iş yeri. Hər hansı bir dəyişikliyə qərar verməzdən əvvəl, bunun Onun iradəsinə uyğun olduğundan əmin olaq.
