Samuelin məhsul yığımının qızğın çağında (bu yerlərdə heç vaxt yağış yağmayan bir vaxtda Süleymanın Məsəlləri 26:5) istədiyi yağış, peyğəmbərin həqiqətən RƏBBdən danışdığını xalqa sübut etmək üçün nəzərdə tutulmuş bir möcüzə idi. Və o zaman nə deyir? Onlar özlərini alçaltdıqdan sonra, zərərsiz olan boş şeylərdən uzaqlaşmağa, bütün qəlbləri ilə Allaha xidmət etməyə çağırır (20, 21-ci ayələr, müq. Titus 2:12-14). Samuelin hakim kimi xidməti başa çatdı. Lakin o, hələ də şəfaətçi kimi işini davam etdirir (23-cü ayə), həmçinin RƏBB adından onlara «yaxşı və doğru yolu» göstərən bir peyğəmbərdir. İlahi lütf Samuelin şəxsində onlar üçün bu ikili qaynağı saxlayır: dua və Kəlam. Bizdə, əziz Allah övladları, hələ də daha möhtəşəm bir Şəxs var. Sona qədər İsa hər birimiz üçün dua etməkdən əl çəkməyəcək. Və biz yer üzündə yaxşı və doğru yolu izləyə bilək deyə, O, bizə Öz Ruhunu və Öz Kəlamını verir. Belə qaynaqlarla, əgər biz həyatımızı Onun şərəfinə yaşamasak, İsraildən daha az bağışlanarıq.
Saulun hökmranlığı başlamaq üzrədir. O, xalqı Gilqalda düşmənləri Fələstinlilərlə qarşılaşmaq üçün bir araya gətirir.