Misir padşahının bu iki qulu, baş qulluqçu və çörəkçi, bizə bütün bəşəriyyətin bir nümunəsini təqdim edir. «Çünki fərq yoxdur: hamı günah edib,» Müqəddəs Yazı bəyan edir (Romalılara 3:22-23). Hamı Allaha qarşı günah edib, hamı Onun qəzəbinə və cəzasına layiqdir. Lakin bundan sonra bir fərq var. Bəziləri iman vasitəsilə lütflə xilasın müjdəsini qəbul edir; digərlərinin qarşısında isə dəhşətli ikinci ölüm perspektivi var. Dünyada bu iki vəziyyətdən başqa heç bir vəziyyət yoxdur: xilas olmaq və ya itirilmiş olmaq. Siz hansı qrupa aitsiniz?
Padşahın hökmündən artıq qaça bilməyən çörəkçidən fərqli olaraq, bu gün də lütf müjdəsini qəbul etməklə, itirilmiş günahkar vəziyyətindən Məsih tərəfindən qurtarılmış vəziyyətinə keçmək mümkündür.
Çarmıxdakı iki oğru bəşəriyyətin bölündüyü bu iki sinfi daha yaxşı təsvir edir. Biri laqeyd qalır və günahlarında ölür. Lakin digəri, «Ya Rəbb, məni xatırla» duasına cavab olaraq, bu möhtəşəm cavabı alır: «Bu gün mənimlə cənnətdə olacaqsan» (Luka 23:43). Burada Yusif suveren lütfün elçisi olduğu kimi, İsa da xilası və sülhün müjdəsini ilk təbliğ edəndir (Efeslilərə 2:17).