*Bizim Taleh –* Hücum Olmaq
“Bu qaya üzərində Kilsəmi quracağam və cəhənnəm qapıları ona qarşı durmayacaq.” Matta 16:18
Demək olar ki, bütün həyatım boyu bu ayəni Kilsənin metaforası kimi düşünürdüm, sanki böyük bir qala kimi, Şeytanın böyük hücumlarına qarşı durur. Cəhənnəm qapıları, Şeytanın bütün ordusu ilə birlikdə açılsa belə, Kilsə məğlub olmaqdan qorxmurdu – divarlar hündür, qapılar möhkəm, müdafiəçilər keçilməz bir qalanın gücünə arxalana bilirdilər.
Amma İsa heç də bunu demirdi. Elton Trueblood özünün İsanın Boyunduruğu (Word, 1958, səh. 37) əsərində qeyd etdiyi kimi, bu ayə müdafiənin deyil, hücumun metaforasıdır! İsa Kilsənin, imanlılar cəmiyyətinin talehini təsvir edir – cəhənnəm qapıları Məsih üzərində qurulmuş və Müqəddəs Ruh tərəfindən gücləndirilmiş Kilsənin hücumuna tab gətirə bilməyəcək. Nə qədər ruhlandırıcıdır ki, Şeytan əslində bizdən, Məsihin yer üzündəki elçilərindən qorxur! O bilir ki, Allahın gücü, Müqəddəs Ruh Kilsədədir.
Webster “hücum” sözünü “narazılıq və ya təhqir etmə hərəkəti” kimi təyin edir. Biz Şeytan üçün bir hücumuqmu? Əgər yoxsa, bəlkə də həyat tərzimizə nəzər salmalı və bəzi dəyişikliklər etməliyik. Unutmayın, Kilsə sizin və mənim kimi fərdlərdən ibarətdir. Fərdi məsuliyyətlərimizi yerinə yetirmək Kilsəyə öz korporativ talehini həyata keçirməyə kömək edir.
Şeytanın böyük aldatmalarından biri də talehimizi səhv başa düşməyimizdir. Əgər o, bizi Kilsə divarları içərisində özümüzü müdafiə etməyə məcbur edə bilsə, qorxacaq heç nəyi yoxdur. Biz o divarlardan kənara, dünyaya çıxdıqda, Şeytanın əsəbləri gərginləşməyə başlayır. Biz Məsihi paylaşmağa çıxdıqda, o titrəyir. Biz talehimizi iddia etdikdə, cəhənnəm qapılarının menteşələri silkələnir. Gəlin talehimizin vədini iddia edək və Qaranlıq Şahzadə üçün bir hücum olaq!
MÜƏLLİF HAQQINDA: Peder Svanson Şimali Kaliforniyada həyat yoldaşı Saşa və oğlu İsaakla birlikdə xidmət edən bir Ordu zabitidir. O, Kaliforniyanın Vakavil şəhərindəki kilsədə bir inkişaf qrupuna rəhbərlik edir.



