Vəd etdiyi kimi, Hanna kiçik oğlundan ayrıldı, o, o vaxtdan bəri Şiloda Eli ilə RƏBBİN hüzurunda yaşadı. Biz bu xidmət edən gənc uşaqla, artıq böyümüş, pis davranışları ilə kahinliyə rüsvayçılıq gətirən Elinin oğulları arasındakı ziddiyyətə diqqət yetirməliyik. Onlar xalqa və xüsusilə hər gün onları görəcək kiçik Samuelə nə qədər pis nümunə göstərirdilər. Siz, yaşlılar, özünüzdən kiçiklərə verdiyiniz nümunəyə diqqət yetirməlisiniz, onlar sizin nə etdiyinizi izləyəcəklər. RƏBBİN Matta 18:6-dakı təntənəli sözlərini xatırlamalısınız: «Mənə iman edən bu kiçiklərdən birini büdrədən hər kəs üçün, boynuna dəyirman daşı asılıb dənizin dərinliyinə atılması daha yaxşı olardı». Və siz, gənclər, özünüzü xristian adlandıran bəzi yaşlı insanların pis davranışlarından təsirlənməyin. RƏBB İsaya baxın!
Samuelin bu gözəl hekayəsindən özümüz də görə bilərik ki, hətta çox kiçik bir uşaq da RƏBBƏ xidmət edə bilər və həm də İsa kimi ola bilər (26-cı ayəni Luka 2:52 ilə müqayisə edin).