Şübhəsiz ki, insanların həyatı müəyyən dərəcədə başqalarının, xüsusən də onlara yaxın olanların həyatına təsir edir. Müqəddəs Yazılar bu prinsipə dair bir sıra nümunələr verir. Onun ilk təzahürü insan tarixinin lap əvvəlində, Həvva şeytanın cazibələrinə boyun əydiyi zaman baş verdi. Görünür ki, o tək düşmədi, əksinə ərini də özü ilə günah bataqlığına sürüklədi. O, «həmçinin ərinə də verdi və o yedi». O zaman insan ailəsi bu iki nəfərlə məhdud idi, lakin birinə təsir edən pislik digərinə və bütün nəslə də təsir etdi.
Hətta patriarx İbrahimin tarixi də bu prinsipinin nə qədər dəqiq işlədiyini göstərir. Qıtlıq şəraiti Kənanda həyatı çətinləşdirdikdə, o, bir müddət Misirə getdi və əlbəttə ki, özü ilə arvadını və qulluqçularını da apardı. Orada Saraya aid xoşagəlməz bir hadisə baş verdi, bu hadisədə İbrahimin şübhəli davranışı üzə çıxdı. Cütlük həmçinin Sara üçün yerli bir qızı xidmətçi kimi aldı. Bu səfərin nəticələri bu gün də dünyaya təsir edir və müasir İsrailə hələ də nə onların, nə də dünyanın ağıllı diplomatlarının həll edə bilmədiyi bir çox suallar yaradır. İbrahim Misirə tək getmədi, Kənana da tək qayıtmadı.
Əhdi-Ətiqi oxuyanlar bu nümunələri fərdi hərəkətlərin geniş əks-səda doğurduğu digər hallarla tamamlaya biləcəklər və bunun səbəbini anlamaq çətin deyil.
Qoy Rəbb bizə yaxından Onun ardınca getməyə kömək etsin ki, başqaları da Onun ardınca getməyə cəlb olunsunlar və biz səmimiyyətlə və həqiqətlə deyə bilək: «Bizimlə gəlin, sizə yaxşı davranacağıq» (Saylar 10:29).





