Müqəddəs Yazılarda qoçun necə və harada qeyd olunduğunu nəzərdən keçirmək istərdik. Qoç, tez-tez böyük buynuzları olan erkək qoyundur. Qoç gücdən bəhs edir və ibrani sözü bəzən «qüdrətli» kimi tərcümə olunur.
Müqəddəs Yazılarda qurban üçün istifadə olunan bütün heyvanlar bizə Məsih və Onun işi haqqında nəsə öyrədir. Qoçun ilk dəfə qeyd olunduğu bugünkü hissə bizə Məsihin «xilas etmək üçün qüdrətli» olduğunu göstərir. Burada Abram Yehovanın göstərişi ilə bir qoç və digər heyvanları gətirməli idi. Sonra Yehova ona torpağı verəcəyini vəd etdi. Abram soruşur: «Ona sahib olacağımı necə biləcəyəm?» Abramın sualına cavab olaraq, Yehova onunla əhd bağlayır. Qoç və digər heyvanlar vasitəsilə vəd və əhd Abram üçün təmin edildi. Qeyd edək ki, üç quru heyvanının hamısı üç yaşında olmalı idi. Bu, Allah tərəfindən tam bir şahidlikdən bəhs edə bilər, lakin həm də Rəbbimiz İsa Məsihin yalnız ölmədiyini, həm də üçüncü gün dirildiyini göstərən bir şəhadət ola bilər.
Biz həmçinin görürük ki, Yehova heyvanların parçaları arasından keçərək bu əhdi Abramla təsdiq edəndə Abram yatmışdı. Başqa sözlə, bu, şərtsiz bir əhd və vəd idi, Abram tərəfindən heç bir şey tələb etmirdi.
Qoçun bu ilk qeydində, qoçun ölümü vasitəsilə təmin edilən vəd və əhddə, Rəbbimiz İsa Məsihin ölümünün bir şəklini görürük. «Çünki Allahın nə qədər vədi varsa, Onda ‘Bəli’dir və Onda ‘Amin’dir, bizim vasitəmizlə Allahın şərəfinə» (2 Korinflilərə 1:20). Hər şey Allah üçün və bizim üçün sevimli Xilaskarımız, Onun ölümü və dirilməsi vasitəsilə təmin edilmişdir.