Bu ayələr bataqlığa düşmüş bir adamın boş mübarizələri ilə müqayisə edilmişdir. Azad olmaq üçün etdiyi hər hərəkət onu daha da içəri çəkir. İtirdiyini anlayaraq, nəhayət kömək çağırır. Mənəvi cəhətdən bu şəkil, bir çox Allah övladının iman gətirdikdən sonrakı dövrdəki tarixinin yaxşı bir illüstrasiyasıdır. Həvari özünü belə bir imanlının yerinə qoyur (əgər o, imanlı olmasaydı, bir tərəfdən bu mübarizələri olmazdı, digər tərəfdən isə Allahın qanununda zövq tapmazdı; v. 22). O, özünün tam ümidsizliyinin bu şəklini çəkir. «Vay!» deyə bu adam qışqırır, «getdikcə daha yaxşı olmaq əvəzinə, hər gün özümü daha pis hiss edirəm. Addım-addım kəşf etdim ki, mən »günah altında« idim (Romalılar 3:9), o, mənim üzərimdə »hökm sürürdü« (Romalılar 5:21), o, mənə hökm edirdi (Romalılar 6:14), o, məni əsir saxlayırdı (Romalılar 7:23) və nəhayət, o, »mənim içimdə yaşayır« (vv. 17-20), sanki içimdəki varlığımı ələ keçirmiş sinsi bir xəstəlik kimi. Bu ölüm bədənindən məni kim xilas edəcək? Anlayıram ki, mən bacarıqsızam, gücsüzəm . . . buna görə də özümü Başqasının əlinə verməyə hazıram. Sonra Rəbb İsa məni əlimdən tutur.»
Ağrılı, lakin zəruri bir təcrübə! Özümdən heç nə gözləmədiyim andan etibarən, Məsihdən hər şeyi gözləyə bilərəm.
