Çadırın üç tərəfi akasiya ağacından olan lövhələrdən, yəni enli taxtalardan hazırlanmışdı, qızıl ilə örtülmüş və gümüş yuvalar üzərində şaquli şəkildə yerləşdirilmişdi. Bu, qurtarılmış ruhların, gümüşün həmişə danışdığı qurtuluş üzərində möhkəm qurulmuş, və ilahi ədalətlə – qızıl ilə – geyinmiş, indi nümayiş etdirilməli olan ilahi xarakteri göstərmək niyyəti ilə bir təsviridir.
Lakin lövhələrin bir yerdə qalması və səhra küləyinə tab gətirməsi üçün, onları birləşdirən tirələr də olmalı idi ki, bu da bizə Allahın övladlarını birləşdirən hər şeyi düşündürür: məsələn, qardaş sevgisinin zərif bağları. Gənc bir imanlı üçün çətinlikləri haqqında danışa biləcəyi və onunla birlikdə diz çökə biləcəyi bir qardaş və ya dostunun olması nə böyük dəstəkdir! Hər şeydən əvvəl, bir Ruh Rəbbin bütün qurtarılmışlarını birləşdirir ki, onlar hər cür təlim küləyinə və düşmənin onları büdrətmək cəhdlərinə müqavimət göstərmək üçün bir yerdə və bağlı qalsınlar (Efeslilərə 4:2–4, 14–16; müq. 1 Korinflilərə 10:12).
Nəhayət, künc lövhələrini xarakterizə edən xüsusiyyətə diqqət yetirin: onlar mükəmməl şəkildə «yuxarıda birləşdirilmişdi» (ayə 24; bax Yəhya 17:21 və 1 Korinflilərə 1:9–10). Rəbblə qarşılıqlı əlaqə, xristianların öz aralarında olan ünsiyyət bağlarını mükəmməl şəkildə möhkəmləndirən budur.