1-ci ayədəki vədə görə, üç şagirdə indi «güclə gələn Allahın səltənətinin» ilkin görünüşü göstəriləcək. Bu səltənət Kralın Özündə təqdim olunur, Onu şagirdlər Rəbb İsa, öz Ustadları kimi, əzəmət və parlaq şöhrətə bürünmüş halda tanıyırlar. Adətən şöhrətini gizlədən və onu təvazökar «qul surəti» altında saxlayan O Kəs, burada bir anlıq onu heyrətlənmiş və təəccüblənmiş şagirdlərinin gözləri qarşısında açır (Zəbur 104:1). Sonra buluddan bir səs gəlir; bu, bizim üçün dədir: «Bu, Mənim sevimli Oğlumdur; Onu dinləyin.» Bir şəxs nə qədər böyük və ləyaqətli olsa, onun sözləri də bir o qədər vacibdir. İndi dinləməyə dəvət olunduğumuz şəxs Allahın sevimli Oğlundan başqası deyil. Onun təliminə daha da böyük diqqət yetirək (İbranilərə 12:25).
Dağda olmaq nə qədər yaxşı olsa da (v. 5), onlar oradan enməlidirlər və Rəbb üç şagirdə gördüklərinin yalnız daha sonra yerinə yetiriləcəyini başa salır. Nə Yəhya (Eliya tərəfindən təmsil olunur, v. 13), nə də O Özü qəbul edilməmişdir. Buna görə də indi Onun çarmıxa getməsi və şöhrətinə girməzdən əvvəl çox əzab çəkməsi lazımdır.