Təsirli bir məsəl RƏBBİN Öz xalqına olan qayğısını təsvir edir. İsrail Allahın Seviləninin üzümüdür. Əkilmiş, sonra ən sevgi dolu diqqətlə hazırlanmış və qayğısına qalınmış, nəticədə yalnız yabanı, yeyilməz, dəyərsiz üzümlər vermişdir. Rəbb Öz məsəlində, pis bağbanlar haqqında, Öz üzümü, İsrail haqqında, onlara tam haqqı olan Sevilənin hiss etdiyi tam məyusluğu ifadə edir (Luka 20:9-16).
Lakin bu ayələr bizə öz nankorluğumuzu da xatırladır. Sanki Rəbb, uşaqlığımızdan bəri aldığımız bütün lütfləri bizə hesablatdıqdan sonra, hər birimizdən kədərlə soruşur: «Sizin üçün etmədiyim nə qalıb? Mən sizdən yaxşı meyvə gözləməyə haqlı deyiləmmi? Və siz Mənə heç nə vermədiniz!» Biz meyvə verməyi bilirik. Bu, «həqiqi Üzüm»də qalmaqla olur. İndi ki, bəhrəsiz üzüm olan İsrail kənara atılıb, Məsih bu həqiqi Üzüm olub və Onun Atası bağbandır (Yəhya 15:1).
8-ci ayədə Yeşaya bir sıra «vaylar»a başlayır; onlar bizə İsrail üçün, eləcə də bütövlükdə bəşəriyyət üçün Allahın sözünə itaət etməkdən imtina etməyin kədərli nəticələrini açır.