«Anasının təsəlli verdiyi kimi, Mən də sizə təsəlli verəcəyəm» (Yeşaya 66:13)
İsa Öz xalqı ilə münasibətinin zərifliyini nə qədər sevimli epitetlərlə nümayiş etdirir.
Çoban sürüsünə zərifliklə nəzarət edirmi? «Rəbb mənim Çobanımdır.»
Ata övladlarına qarşı ən böyük qayğı göstərirmi? «Mən sizə Ata olacağam.»
Ananın sevgisi bütün digər dünyəvi sevgi növlərini üstələyirmi? «Anasının təsəlli verdiyi kimi — Mən də sizə təsəlli verəcəyəm.»
«Göz bəbəyi» (gözün bəbəyi) ən zərif bədən orqanının ən həssas hissəsidirmi? O, Öz xalqını «göz bəbəyi kimi» qoruyur!