Bu son bölməmizdə Müqəddəs Yazıların bir neçə hissəsi arasındakı əlaqələri nəzərdən keçirəcəyik. Rəbbin Zeytun dağındakı söhbəti kilsənin götürülməsindən sonra baş verəcək hadisələri ətraflı şəkildə izah edir ki, bu da o zaman hələ aşkar edilməmişdi. Məsihin nitqi təxminən üç hissəyə bölünə bilər ki, bu da Vəhy 6-16-nın peyğəmbərlik hissəsinin üç alt bölməsinə (yeddi möhür, yeddi truba və yeddi kasa) paraleldir. Bunlar Kilsənin götürülməsindən sonra «70-ci Həftə» adlanan yeddi illik dövrdə baş verəcək. Aşağıdakı icmalda göstərildiyi kimi, Daniel 9:24-27 ilə də bir neçə əlaqə mövcuddur.
70-ci Həftənin Birinci Yarısı
Daniel 9:27-nin birinci sətri – «o zaman bir həftə ərzində çoxları ilə əhdini təsdiq edəcək» – «kədərlərin başlanğıcı» (bəzi tərcümələrdə «doğuş ağrıları», Matta 24:4-14; Mark 13:4-13; Luka 21:8-19) və möhür hökmləri (Vəhy 6) ilə paraleldir.
70-ci Həftənin İkinci Yarısı
Daniel 9:27-nin ortası – «lakin həftənin ortasında qurbanı və təqdimatı dayandıracaq. Və iyrəncliklərin qanadında viran edən olacaq» – truba hökmləri (Vəhy 7-9, Vəhy 11-13-də ətraflı məlumatlarla) ilə, viranəliyin iyrəncliyi zamanı əlaqəlidir. Bu son zaman bütpərəstliyinin bir çox təfərrüatları Matta 24:15, Mark 13:14 və Vəhy 13-də tapılır. Qeyd edək ki, Luka 21:20-24-dəki proqnozlar əsasən eramızın 68-70 və 132-135-ci illərində baş verən hadisələrə aiddir, baxmayaraq ki, bəzi təfərrüatlar Yerusəlimin gələcək dağılmasına da şamil edilir.
Təsvir Edilən Vəziyyət Zeytun Dağı Söhbəti Vəhy 6
Yalançı peyğəmbərlər / məsihlər Matta 24:5,11 v.2
Müharibələr Matta 24:6 vv.2-4
Beynəlxalq ixtilaflar Matta 24:7 vv.3-4
Qıtlıqlar Matta 24:7 vv.5-8
Vəba Luka 21:11 v.8
Təqib / şəhidlik Matta 24:9 vv.9-11
Zəlzələlər Matta 24:7 v.12
Kosmik hadisələr Luka 21:11 vv.12-14
70-ci Həftənin Sonu
Daniel 9:27-nin sonu – «hətta müəyyən edilmiş son, viranəliyin üzərinə tökülənə qədər» – son doğuş ağrıları (Matta 24:15-29) ilə əlaqəlidir ki, bunlar da kasa hökmləridir (Vəhy 16, Vəhy 14-15, 17-19-da ətraflı məlumatlarla). Daniel 9:24-27 bu hadisələrin cədvəlini açıqlayır və Məsihin birinci və ikinci gəlişi arasında bəzi əlaqələri göstərir. Bu ayələr Məsihin Yerusəlimi yenidən qurmaq əmrindən 483 il sonra Öz xalqına necə təqdim ediləcəyini izah edir. Burada Məsihin birinci və ikinci gəlişi arasında naməlum müddətli bir «boşluq» başladı (bax: İşaya 61:1-2; Luka 4:19). Unutmayın ki, götürülmə Onun ikinci gəlişindən əvvəl baş verir (bax: 1 Saloniklilərə 4:14-18).
Bu «mörtərizə»nin, yəni «aralıq dövr»ün başlanğıcından bir müddət sonra Məsih edam edildi (Daniel 9:26). Onun rədd edilməsi və zorakı ölümü qırx il sonra Yerusəlimin və məbədin dağılmasına, eləcə də eramızın 70-ci ilində yəhudilərin millətlər arasında dağılmasına səbəb oldu. Yalançı, yəni saxta məsihin qəbul edilməsi (Yəhya 5:43) eramızın 132-135-ci illərində daha çox problem yaratdı. Yerusəlimin və hələ tikilməli olan üçüncü məbədin başqa bir dağılması, bu gələcək bütpərəstliyin (iyrəncliyin) mərkəzi olacağı yer hələ gələcəkdir (2 Saloniklilərə 2:3-12).
Kilsənin götürülməsinin (1 Korinflilərə 15:51-53; 1 Saloniklilərə 4:16; Filipililərə 3:21) peyğəmbərlik hadisələrinin bir hissəsi olmadığını, lakin bu hadisələrin baş verməsi və Allahın hökmlərinin (möhürlər, trubalar və kasalar) tökülməsi üçün ilkin şərt olduğunu anlamaq vacibdir. Həqiqi Kilsə yer üzündə olduğu müddətcə bu şeylər baş verə bilməz. Yalançı kilsə götürülmədən sonra davam edəcək və bu yeddi ilin sonunda yer üzündə mühakimə olunacaq (Vəhy 17-18). Təxminən 1000 il sonra, böyük ağ taxt mühakiməsindən sonra, bütün imansızlar od gölünə atılacaqlar (Vəhy 20:11-15).