Allahın günahkarı necə saleh etdiyini izah etməzdən əvvəl, hər bir insanı günahkar olduğuna inandırmaq lazımdır.
Bəlkə də düşünəcəksiniz ki, bütpərəstlər bağışlanıla bilər; onların yazılı Kəlamı yoxdur. Lakin onların gözləri önündə həmişə açıq olan başqa bir kitab var: yaradılış kitabı (Zəbur 19:1). Vay! Onlar onun Müəllifini tanımaq və ya şərəfləndirmək istəmədilər və Ona şükür etməyi (bu universal bir vəzifədir) laqeyd yanaşdılar. Beləliklə, onlar qorxunc iyrəncliklər törətmək üçün Şeytana təslim edildilər.
Bu, Allahın təbii insan haqqında çəkdiyi gözəl bir şəkil deyil, lakin bu şəkil sənin və mənim şəklimdir! Lakin siz qəzəblə etiraz edəcəksiniz: «Mən bu ayələrdə qeyd olunan dəhşətli günahları törətməmişəm.» Yaxşı! Gəlin 30, 31-ci ayələri yenidən oxuyaq və özümüzü yoxlayaq. Biz həqiqətən də insan ailəsinin bu üzvü ilə oxşarlıq izi tapmırıqmı? Bundan əlavə, Allah yalnız bu cür pisliklərə qurşananları deyil, həm də «onları edənlərdən zövq alanları» günahkar elan edir. Əxlaqsız şeylərdən bəhs edən bir roman oxumaq, qaranlıq və sağlam olmayan səhnələrin təsvirindən zövq almaq – bu, özümüzü eyni hökm altına salmaq deməkdir (32-ci ayə; Zəbur 50:18).
