Biz Allahın bizə olan məhəbbətini anlayıb buna inandıq. Allah məhəbbətdir. Kim məhəbbətdə qalarsa, Allahda qalar, Allah da onda qalar.
1 Yəhya 4:16
Gündəlik İşıq
Biz Allahın bizə olan məhəbbətini anlayıb buna inandıq. Allah məhəbbətdir. Kim məhəbbətdə qalarsa, Allahda qalar, Allah da onda qalar.
1 Yəhya 4:16
Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz. Allah bizi Məsih İsada, Onunla birlikdə dirildib səmada oturtdu. Bunu Məsih İsada bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi.
Efesli̇lərə 2:4–7
Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun.
Yəhya 3:16
O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?
Romalilara 8:32
Rəbb hamıya xeyirxahlıq edər, Yaratdıqlarının hər birinə mərhəmət göstərər.
Zəbur 145:9
Biz sevirik, çünki öncə O bizi sevdi.
1 Yəhya 4:19
Rəbbin ona dediyi sözlərin yerinə yetəcəyinə inanan qadın nə bəxtiyardır!».
Luka 1:45
Bir-birinizlə həmfikir olun; təkəbbürlü olmayın, məzlumlarla dostluq edin. Özünüzü ağıllı saymayın.
Romalilara 12:16
Qardaşlarım, izzətli Rəbbimiz İsa Məsihə iman edənlər olaraq insanlar arasında tərəfkeşlik etməyin.
Yaqub 2:1
Ey sevimli qardaşlarım, dinləyin: Allah bu dünyada kasıbları imanda zənginləşmək və Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçmədimi?
Yaqub 2:5
Hər kəs öz xeyrini yox, başqalarının xeyrini güdsün.
1 Kori̇nfli̇lərə 10:24
Yeməyimiz və paltarımız varsa, bunlarla kifayətlənirik. Zəngin olmaq istəyənlərsə sınağa və tora düşərlər; insanı məhvə və həlaka aparan bir çox axmaq və ziyanverici ehtiraslara batırlar.
1 Ti̇moteyə 6:8–9
Allah isə müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydıqları, güclüləri utandırmaq üçün dünyanın zəif saydıqları, dünyanın dəyərli sayılanlarını heç etmək üçün dünyanın xor baxdıqları, əsilsiz və dəyərsiz sayılan kəsləri də seçdi ki, Allahın qarşısında heç bir insan öyünməsin.
1 Kori̇nfli̇lərə 1:27–29
Ya Rəbb, təkəbbürlü deyiləm, Gözümü yuxarı yerlərə dikməmişəm, Gücüm çatmayan böyük işlərə girişməmişəm.
Zəbur 131:1
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax4 iyl 2026
3 iyl 2026
2 iyl 2026
1 iyl 2026
30 iyn 2026
29 iyn 2026
28 iyn 2026

Qurtuluş
Titanikin batması həyatımız üçün ruhani bir məsəl təqdim edir, yersiz inamı və Allahın xəbərdarlıqlarına…

Əbədi Təhlükəsizlik
İsa Məsihə iman edənlər üçün əbədi təhlükəsizliyin Müqəddəs Kitab zəmanətini kəşf edin. Xilasın bir dəfə…

Ailə
Allah sizi ailənizə xüsusi ehtiyacları qarşılamaq üçün unikal hədiyyələrlə strateji şəkildə yerləşdirdi…
Müqəddəs Ruh
Pavelin Müqəddəs Ruhdan gələn xəbərdarlıqlara baxmayaraq Qüdsə getməklə günah edib-etmədiyini müəyyən etmək…

Gələcək
Həvari Pavelin 2 Korinflilərə 5-də ölüm, dirilmə və imanlının izzətdəki gələcəyi haqqında təlimlərini…

Təqib
Vəhy 2:8-11 və Məsihin Smirnaya məktubunun tədqiqi. Əzabın imanı necə təmizlədiyini və həyat tacı vədini…