Şagird müəllimindən, qul da ağasından üstün deyil.
Matta 10:24
Gündəlik İşıq
Şagird müəllimindən, qul da ağasından üstün deyil.
Matta 10:24
Siz Məni “Müəllim” və “Rəbb” deyə çağırırsınız və doğru deyirsiniz, çünki Mən elə Oyam.
Yəhya 13:13
Şagirdin öz müəllimi, qulun isə öz ağası kimi olması ona kifayətdir. Əgər ev sahibinə Baal-Zevul dedilərsə, onun ailə üzvlərinə bundan nə qədər artıq deyəcəklər!
Matta 10:25
Mənim sizə söylədiyim sözü yadınıza salın: “Qul ağasından üstün deyil”. Əgər Məni təqib etdilərsə, sizi də təqib edəcəklər, Mənim sözümə riayət etdilərsə, sizin də sözünüzə riayət edəcəklər.
Yəhya 15:20
Mən onlara Sənin sözünü verdim. Dünya isə onlara nifrət etdi, çünki Mən dünyadan olmadığım kimi onlar da dünyadan deyil.
Yəhya 17:14
Günahkarlardan Ona qarşı olan bu qədər düşmənçiliyə dözən Şəxs barəsində düşünün ki, yorulub ruhdan düşməyəsiniz. Günaha qarşı etdiyiniz mübarizədə hələ qan töküləcək qədər möhkəm durmamısınız.
İbrani̇lərə 12:3–4
Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran günahı tərk edib qarşımızdakı yarışda dözümlə qaçaq. Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək. O, qarşısına qoyulan sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə tab gətirdi və Allahın taxtının sağında oturdu.
İbrani̇lərə 12:1–2
Beləliklə, Məsih cismən əzab çəkdiyinə görə siz də eyni düşüncələrlə silahlanın. Çünki cismən əzab çəkən günahdan vaz keçmişdir.
1 Peter 4:1
Oğlum, mənə fikir ver, Gözlərin mənim yollarımı nəzərdən keçirsin.
Süleymanin Məsəlləri̇ 23:26
Kaş ki ürəkləri dönməsin, Məndən qorxsunlar və bütün əmrlərimə əməl etsinlər. O zaman həm özlərinin, həm də övladlarının xoş güzəranı olar.
Qanunun Təkrari 5:29
Bu işdə sənin nə haqqın var, nə payın. Çünki Allahın qarşısında ürəyin düz deyil.
Həvari̇ləri̇n İşləri̇ 8:21
Çünki cismani təbiətə uyan fikirlər Allaha qarşı düşmənçilik edir; belə ki bunlar Allahın qanununa tabe deyil və ola da bilməz. Həmçinin cismani təbiətdə olanlar Allahı razı sala bilməz.
Romalilara 8:7–8
Bu, gözlədiyimizdən də artıq oldu, çünki onlar özlərini əvvəlcə Rəbbə, sonra Allahın iradəsi ilə bizə həsr etdilər.
2 Kori̇nfli̇lərə 8:5
O öz Allahını axtararaq Allahın məbədinin xidmətində, qanuna və əmrlərə əməl etməkdə başladığı hər işi bütün qəlbi ilə icra etdi və uğur qazandı.
İki̇nci̇ Salnamələr 31:21
Hər şeydən əvvəl öz ürəyini qoru, Çünki həyat çeşməsi odur.
Süleymanin Məsəlləri̇ 4:23
Gördüyünüz hər işi insanlar üçün deyil, Rəbb üçün edən kimi can-dildən edin.
Kolosseli̇lərə 3:23
Bunu yalnız insanları razı salmaq üçün gözə xoş görünən xidmətlə deyil, Məsihin qulları kimi can-dildən Allahın iradəsini yerinə yetirmək üçün edin. İnsanlara deyil, Rəbbə qulluq etdiyiniz kimi ürəkdən qulluq edin.
Efesli̇lərə 6:6–7
Qəlbimin düşüncəsini genişləndirərkən Əmrlərinin yolu ilə getməyə səy göstərəcəyəm.
Zəbur 119:32
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax9 iyl 2026
8 iyl 2026
7 iyl 2026
6 iyl 2026
5 iyl 2026
4 iyl 2026
3 iyl 2026
Şagirdlik
İsanın Yuxarı Otaq təlimləri çətinliklər arasında sülh təklif edir. Onun dünya üzərindəki qələbəsinin…

İsa Məsih
İsanın Müqəddəs Yazılardan nə qədər tez-tez sitat gətirdiyini və bunun Onun xidmətinə dərin təsirini kəşf…

Məsihçi həyatı
Məsihə xidmət etməyin əsl motivlərini, xidmət üçün effektiv metodları və sadiq xidmətin, xüsusilə uşaqlar…
İsa Məsih
İsa adının dərin mənasını və gücünü, Əhdi-Ətiqdəki əvvəlcədən göstərilmələrindən tutmuş, izzətdəki əbədi qeyd…

Əbədi Təhlükəsizlik
İsa Məsihə iman edənlər üçün əbədi təhlükəsizliyin Müqəddəs Kitab zəmanətini kəşf edin. Xilasın bir dəfə…

Təqib
Vəhy 2:8-11 və Məsihin Smirnaya məktubunun tədqiqi. Əzabın imanı necə təmizlədiyini və həyat tacı vədini…