Bu mələk önündə duran mələklərə dedi: «Onun əynindən çirkli paltarı çıxarın». Sonra Yeşuaya dedi: «Bax günahını sənin üzərindən götürdüm, indi sənə bayram paltarı geyindirəcəyəm».
Zəkəri̇yyə 3:4
Gündəlik İşıq
Bu mələk önündə duran mələklərə dedi: «Onun əynindən çirkli paltarı çıxarın». Sonra Yeşuaya dedi: «Bax günahını sənin üzərindən götürdüm, indi sənə bayram paltarı geyindirəcəyəm».
Zəkəri̇yyə 3:4
Üsyankarlığı bağışlanan, Günahı əfv olunan insan Nə bəxtiyardır!
Zəbur 32:1
Hamımız elə bil ki murdarlandıq, Bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir. Hamımız yarpaq kimi soluruq, Şər əməllərimiz bizi külək tək sovurub-aparır.
Yeşaya 64:6
Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır; çünki yaxşı şey etmək istəyi məndə var, amma onu yerinə yetirməyə qadir deyiləm.
Romalilara 7:18
Çünki vəftizdə Məsihlə birləşən hamınız Məsihə bürünmüsünüz.
Qalati̇yalilara 3:27
Bir-birinizə yalan deməyin, çünki köhnə mənliyinizi və onun əməllərini üzərinizdən çıxarıb yeni mənliyə büründünüz. Yeni mənliyiniz onu Yaradanın surətinə bənzər şəkildə təzələnir ki, biliyiniz tam olsun.
Kolosseli̇lərə 3:9–10
Onda hesab olunum. Belə ki Qanunla gələn öz salehliyimə deyil, Məsihə imandan yaranan, imanla Allahdan gələn salehliyə malik olum.
Fi̇li̇pi̇li̇lərə 3:9
Atası isə öz qullarına dedi: “Tez olun, ən gözəl xalat gətirin və onu geyindirin. Barmağına üzük və ayaqlarına çarıq taxın.
Luka 15:22
Geyinmək üçün ona Təmiz, parlaq və incə kətan verildi». İncə kətan müqəddəslərin saleh əməllərinin rəmzidir.
Vəhy 19:8
Rəbdə böyük sevinc tapacağam, Allahımda ürəyim şadlıqdan coşacaq, Çünki çələnglə bəzənmiş bəy kimi, Bər-bəzək taxmış gəlin kimi Mənə qurtuluş paltarı geyindirdi, Salehlik libası ilə bürüdü.
Yeşaya 61:10
onun əməli bəlli olacaq və qiyamət günü onu ortaya çıxaracaq, çünki odla aşkar olunacaq. Od da hər birinin əməlinin keyfiyyətini sınaqdan keçirəcək.
1 Kori̇nfli̇lərə 3:13
Buna görə də münasib vaxtdan əvvəl, yəni Rəbb gəlməyənədək heç bir işi mühakimə etməyin. O gəlib qaranlıqda gizlənən şeylərə işıq salacaq və insan ürəklərinin niyyətlərini aşkara çıxaracaq. Onda hər kəs Allahdan ona düşən tərifi alacaq.
1 Kori̇nfli̇lərə 4:5
Bəs sən nə üçün qardaşını mühakimə edirsən? Yaxud nə üçün qardaşına xor baxırsan? Axı biz hamımız Allahın hökm kürsüsünün qarşısında dayanacağıq.
Romalilara 14:10
Beləcə hər birimiz özü üçün Allaha hesabat verəcək. Buna görə də daha bir-birimizi mühakimə etməyək, əksinə, qərara alın ki, heç bir qardaşın önünə onu büdrədən yaxud pis yola çəkən bir şey qoymayasınız.
Romalilara 14:12–13
Mənim elan etdiyim Müjdəyə görə, Allahın Məsih İsa vasitəsilə insanların gizli işlərini mühakimə edəcəyi gün belə olacaq.
Romalilara 2:16
Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib ki,
Yəhya 5:22
Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur.
Yəhya 5:27
Sən minlərlə insana məhəbbət göstərirsən, amma ataların etdiyi günahların əvəzini övladlarından alırsan. Sən böyük və güclü Allahsan, adın Ordular Rəbbidir. Tədbirlərin əzəmətli, işlərin böyükdür! İnsanların bütün əməlləri Sənin nəzərin altındadır, hər kəsə işlərinə və etdiklərinin nəticəsinə görə əvəz verirsən.
Yeremya 32:18–19
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax8 iyl 2026
7 iyl 2026
6 iyl 2026
5 iyl 2026
4 iyl 2026
3 iyl 2026
2 iyl 2026

Tiatira
Məsihin Tiatira kilsəsinə mesajını araşdırın, Onun səlahiyyətinə, fərqləndirici gözlərinə və İzabelin…

Yevangelizm
Müsəlmanlarla Məsihi paylaşmaq üçün Müqəddəs Kitab prinsiplərini öyrənin. Sevgi və şəfqətlə şəhadət edərkən…

İsa Məsih
İsanın Müqəddəs Yazılardan nə qədər tez-tez sitat gətirdiyini və bunun Onun xidmətinə dərin təsirini kəşf…
İsa Məsih
İsa adının dərin mənasını və gücünü, Əhdi-Ətiqdəki əvvəlcədən göstərilmələrindən tutmuş, izzətdəki əbədi qeyd…

Əbədi Təhlükəsizlik
İsa Məsihə iman edənlər üçün əbədi təhlükəsizliyin Müqəddəs Kitab zəmanətini kəşf edin. Xilasın bir dəfə…

Gələcək
Həvari Pavelin 2 Korinflilərə 5-də ölüm, dirilmə və imanlının izzətdəki gələcəyi haqqında təlimlərini…