Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək.
1 Yəhya 1:9
Gündəlik İşıq
Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək.
1 Yəhya 1:9
Çünki qanunsuzluqlarımı bilirəm, Günahım daim gözümün qarşısındadır. Sənə, yalnız Sənə qarşı günah işlətmişəm, Gözündə pis sayılanı etmişəm. Mənə görə çıxarılan hökmündə ədalətlisən, Məni məhkum etməkdə haqlısan.
Zəbur 51:3–4
O durub öz atasının yanına getdi. Oğul hələ uzaqda ikən atası onu gördü. Ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü.
Luka 15:20
Üsyankarlığını bulud kimi dağıtdım, Günahlarını duman kimi sildim, Mənə tərəf dön, Çünki Mən səni satın aldım».
Yeşaya 44:22
Ey övladlar, sizə yazıram, çünki Onun adı naminə günahlarınız bağışlanıb.
1 Yəhya 2:12
Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın.
Efesli̇lərə 4:32
Bunu etdi ki, indiki zamanda salehliyini zahir etsin; beləcə Özü ədalətli olsun, İsaya olan imana əsaslananı da saleh saysın.
Romalilara 3:26
Üstünüzə təmiz su səpəcəyəm, pak olacaqsınız. Sizi bütün murdarlıqlarınızdan və bütlərinizdən təmizləyəcəyəm.
Yezekel 36:25
Amma Sardda, sənin yanında öz paltarlarını ləkələməyən bir neçə şəxs də var. Onlar Mənimlə birlikdə ağ paltarda gəzəcəklər, çünki buna layiqdirlər.
Vəhy 3:4
Su və qanla gələn Şəxs həmin İsa Məsihdir. O yalnız su ilə deyil, su və qanla gəldi. Buna şəhadət edən Ruhdur, çünki Ruh həqiqətdir.
1 Yəhya 5:6
Qanun bəhanəsi ilə şər quran Əzazil hökmdarlardan Sənə yoldaş olarmı?
Zəbur 94:20
Biz sizə gördüyümüzü və eşitdiyimizi elan edirik ki, sizin də bizimlə şərikliyiniz olsun; bizim şərikliyimiz də Ata və Onun Oğlu İsa Məsihlədir.
1 Yəhya 1:3
Ey sevimlilər, indi biz Allahın övladlarıyıq, amma nə olacağımız hələ üzə çıxmayıb. Lakin bilirik ki, Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik. Ona bu cür ümid bağlayan hər kəs O pak olduğu kimi özünü pak edir.
1 Yəhya 3:2–3
Daha sizinlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı gəlir. Onun Mənim üzərimdə heç bir səlahiyyəti yoxdur.
Yəhya 14:30
Həqiqətən, bizə belə bir Baş Kahinin olması münasibdir ki, O, müqəddəs, günahsız, ləkəsiz, günahkarlardan ayrılmış, göylərdən daha ucalara qaldırılmış olsun.
İbrani̇lərə 7:26
Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşıdır.
Efesli̇lərə 6:12
Siz bu dünyanın gedişinə və havada olan hakimiyyətin, yəni indi Allaha itaətsiz insanlarda fəaliyyət göstərən ruhun hökmdarına uyaraq bu günahların içində həyat sürürdünüz.
Efesli̇lərə 2:2
Bilirik ki, Allahdan doğulan hər kəs günahını davam etdirməz. Əksinə, Allahdan doğulan Oğul onu qoruyur və şər olan ona toxuna bilmir. Bilirik ki, biz Allahdanıq, amma bütün dünya şər olanın hakimiyyəti altındadır.
1 Yəhya 5:18–19
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax7 iyl 2026
6 iyl 2026
5 iyl 2026
4 iyl 2026
3 iyl 2026
2 iyl 2026
1 iyl 2026

İsa Məsih
Düşərgə səyahətində sandığı qorumalıdır. Biz Məsihin ilahiliyi və şəxsiyyəti haqqında həqiqəti yalnız öz…

Əbədi Təhlükəsizlik
İsa Məsihə iman edənlər üçün əbədi təhlükəsizliyin Müqəddəs Kitab zəmanətini kəşf edin. Xilasın bir dəfə…

Esxatologiya
Rəbb İsa Məsihin qayıdışı ilə bağlı Müqəddəs Kitab peyğəmbərliklərini və vədlərini araşdırın, Onun ilk…

İsa Məsih
İsanın Müqəddəs Yazılardan nə qədər tez-tez sitat gətirdiyini və bunun Onun xidmətinə dərin təsirini kəşf…

Qurtuluş
Boğulan bir adama dərslər deyil, xilaskar lazımdır. Ruhani cəhətdən hamı günah edib və onları hökmdən…

İlahi Mühakimə
Yeremyanın həyatını araşdırın, böyük müxalifətə və əzablara baxmayaraq, Allahın Kəlamı ilə dəstəklənərək…