5 Barəsində danışdığımız gələcək dünyanı Allah mələklərə tabe etmədi. 6 Lakin kimsə bir yerdə belə şəhadət etdi:
«İnsan kimdir ki, onun haqqında düşünürsən?
Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?
7 Onu mələklərdən az müddət ərzində aşağı tutdun,
İzzət və əzəmət tacını onun başına qoydun.
8 Hər şeyi onun ayağının altına qoyub tabe etdin».
Allah hər şeyi insana tabe etdiyinə görə ona tabe olmamış heç nə qoymadı. Lakin indi biz hər şeyin ona tabe olduğunu hələ görmürük.
9 Amma Allahın lütfü ilə hər kəsin uğrunda ölmək üçün mələklərdən az müddət ərzində aşağı tutulmuş Şəxsi, yəni İsanı görürük. Çəkdiyi ölüm əzabına görə Onun başına izzət və əzəmət tacı qoyuldu.
1 Allah qədim zamanlarda dəfələrlə və müxtəlif yollarla əcdadlarımıza peyğəmbərlər vasitəsilə müraciət etmişdi. 2 Amma bu axır zamanda O bizə Oğul vasitəsilə müraciət etdi; Onu hər şeyin varisi təyin etmişdi və Onun vasitəsilə kainatı yaratmışdı. 3 Oğul Allahın izzətinin əksi və mahiyyətinin tam surətidir. O hər şeyi qüdrətli kəlamı ilə saxlayır. O, günahlardan təmizlənməni təmin edəndən sonra ucalarda möhtəşəm Allahın sağında oturdu. 4 Mələklərdən nə qədər üstün adı irs olaraq aldısa, o qədər onlardan üstün oldu.
5 Axı Allah mələklərin hansına nə vaxtsa
«Sən Mənim Oğlumsan,
Mən bu gün Sənə Ata oldum»
yaxud
«Mən Ona Ata, O isə Mənə Oğul olacaq»
demişdir? 6 Yenə də Allah İlk Doğulanı dünyaya gətirəndə deyir:
«Allahın bütün mələkləri qoy Onun qarşısında səcdə etsin».
7 Mələklər barəsində isə deyir:
«Öz mələklərini küləklərə,
Öz xidmətçilərini yanar oda döndərir!»
8 Amma Oğul haqqında bunu deyir:
«Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır,
Sənin şahlıq əsan insaf əsasıdır.
9 Salehliyi sevib qanunsuzluğa nifrət etmisən.
Ona görə Allah, Sənin Allahın
Sevinc yağı ilə
Yoldaşlarından çox Səni məsh edib».
10 Yenə deyir:
«Ya Rəbb, Sən yerin təməlini əzəldən qurmusan,
Göylər Sənin əllərinin işidir!
11 Onlar yox olacaq, amma Sən qalacaqsan,
Hamısı paltar kimi köhnələcək,
12 Onları geyim kimi bükəcəksən,
Onları paltar kimi dəyişdirəcəksən.
Amma Sən dəyişməzsən,
İllərin tükənməzdir».
13 Lakin Allah mələklərin hansına nə vaxtsa
«Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək
Sağımda otur»
demişdir? 14 Bütün mələklər xilası irs olaraq alacaq şəxslərə xidmət etmək üçün göndərilən xidmətçi ruhlar deyilmi?
İbranilərə 1 və 2-də Rəbb İsanın bir çox şöhrəti qarşımıza gətirilir. Fəsil 1-də Onu Allahın Oğlu kimi görürük. Fəsil 2-də Onu İnsan Oğlu kimi görürük. Və Allahın Oğlu niyə İnsan oldu? Fəsil 2-də bir çox səbəb qarşımıza gətirilir, lakin üç dəfə qeyd olunur ki, bu, Onun əzab çəkməsi üçün idi. Heyrətamiz bir düşüncə!
In verse 9, He who was infinitely higher than angels—as God, the Son and Creator and Sustainer and Heir of all things, etc.—was made a little lower than angels in becoming Man on account of the suffering of death. Here His atoning sufferings are clearly brought before us. By one man, Adam, sin entered into the world, and death by sin (Rom. 5:12) . The first man introduced sin and death into this world. In God’s order, there would be a Man—who is yet God—who could effectively deal with both, to God’s glory. But none of Adam’s race could do so. They all had sinned and come short of the glory of God and had earned death as the wages of their sin (3:23; 6:23) .
A sinless, holy man was required. And none could be found. And so, the blessed Son of God Himself became Man, the Second Man—for all others were only a repetition of the failed first man—and the Last Adam—for there will never need to be another. In Hebrews 2:5–8, we are told that as Man all things will be made subject to Him. He will reign in the world to come. But first it was necessary that He must endure the sufferings of death, and “taste death for every thing” ( jnd ) . How wonderful to look back and see that the work is done, and now behold Him crowned with glory and honor!