Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq.
2 Kori̇nfli̇lərə 5:21
Gündəlik İşıq

Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq.
2 Kori̇nfli̇lərə 5:21
Hamımız qoyun kimi yolu azmışdıq, Hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu.
Yeşaya 53:6
O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq. Onun yaraları ilə siz şəfa tapdınız.
1 Peter 2:24
Necə ki bir adamın itaətsizliyi üzündən bir çoxları günahkar sayıldı, eləcə də bir Adamın itaəti sayəsində bir çoxları saleh sayılacaq.
Romalilara 5:19
Amma Xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdiyi zaman bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi. Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki, Onun lütfü ilə saleh sayılıb ümidimiz olan əbədi həyatın varisi olaq.
Ti̇tə 3:4–7
Deməli, indi Məsih İsada olanlara heç bir məhkumluq yoxdur.
Romalilara 8:1
«Onun dövründə Yəhuda xilas olacaq, İsrail əmin-amanlıqda yaşayacaq. Onu “Rəbb salehliyimizdir” çağıracaqlar».
Yeremya 23:6
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
6 dek 2022
Fi̇li̇pi̇li̇lərə 2:13
5 dek 2022
Zəbur 119:71
4 dek 2022
Əyyub 28:12
3 dek 2022
Əyyub 5:8
2 dek 2022
1 Yəhya 2:20
1 dek 2022
Yeşaya 32:2
30 noy 2022
Vəhy 1:4

Günah
Məsihçilər günah edəndə, onların Allahla münasibətləri təhlükəsizdir, lakin ünsiyyət pozulur. Etiraf və özünü…
Pastoral Qayğı
Çobanlığın ruhani hədiyyəsini və ağsaqqalların Allahın sürüsünü bəsləmək və ona nəzarət etməkdəki həyati…

Günah
Məsihçilər günah edəndə, onların Allahla münasibətləri təhlükəsizdir, lakin ünsiyyət pozulur. Etiraf və özünü…
Məsih
Əhdi-Ətiq peyğəmbərliklərini araşdırın, İbrahimin nəslindən Beytlehemdə doğulmasına qədər Məsihi…
Barışıq
Məsihin mülayim yolu İsrail-Fələstin münaqişəsində barışıq üçün ümid və ədalət təklif edir.
Allahın Sevgisi
İsa Məsihin günahlarınız üçün çarmıxda verdiyi qurban vasitəsilə nümayiş etdirilən Allahın dərin sevgisini…
Qurtuluş
Qurtuluşun sadə ABC-lərini kəşf edin. Günah haqqında həqiqəti qəbul etməyi, İsa Məsihə inanmağı və əbədi…