12 dek 2022
Gündəlik İşıq, 13 dekabr: Məsih İsada olan lütflə güclən
Gündəlik İşıq
Məsih İsada olan lütflə güclən.
2 Ti̇moteyə 2:1
Hər şeyə dözərək səbir edə bilməniz üçün Onun izzətli qüvvəsinə güvənərək hər cür qüdrətlə möhkəmlənəsiniz.
Kolosseli̇lərə 1:11
Buna görə Rəbb Məsih İsanı qəbul etdiyiniz kimi Onda həyat sürün. Şükürlərlə dolub-daşaraq Onda kök salıb inkişaf edin və öyrəndiyiniz kimi imanda möhkəmlənin.
Kolosseli̇lərə 2:6–7
Rəbbin şöhrətini aşkar etmək üçün Onlara Rəbbin əkdiyi salehlik palıdları deyiləcək.
Yeşaya 61:3
Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, guşədaşı isə Məsih İsa Özüdür. Bütün bina Onun üzərində birləşərək Rəbbə aid müqəddəs məbəd olmaq üçün ucalır. Siz də Ruh vasitəsilə Allahın məskəni olmaq üçün birlikdə Məsih üzərində tikilirsiniz.
Efesli̇lərə 2:20–22
İndi isə mən sizi Allaha və Onun lütfü barədəki kəlamına əmanət edirəm. Bu kəlam sizi inkişaf etdirib təqdis olunmuş bütün insanlar arasında irsə qovuşdurmağa qadirdir.
Həvari̇ləri̇n İşləri̇ 20:32
Siz Məsihin zühur edəcəyi gün pak və nöqsansız, Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələri ilə dolu olmaq üçün ən ali dəyərləri ayırd edə biləsiniz.
Fi̇li̇pi̇li̇lərə 1:11
İman uğrunda yaxşı mübarizə apar.
1 Ti̇moteyə 6:12
Və heç bir şəkildə əleyhdarlarınızdan qorxmursunuz.
Fi̇li̇pi̇li̇lərə 1:28
Sən hər kəsə əməlinə görə əvəz verirsən!
Zəbur 62:12
Çünki heç kim qoyulan bünövrədən, yəni İsa Məsihdən başqa bir təməl qoya bilməz. Kimin inşa etdiyi əməl tab gətirsə, mükafat alacaq. Kimin əməli yanıb yox olsa, o zərər çəkəcək. Özü isə xilas olacaq, amma sanki od içindən keçəcək.
1 Kori̇nfli̇lərə 3:11, 14–15
Çünki hər birimiz bu bədəndə olanda etdiyimiz əməllər pis də olsa, yaxşı da olsa, onların əvəzini almaq üçün Məsihin hökm kürsüsü önünə çıxmalıyıq.
2 Kori̇nfli̇lərə 5:10
Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin. Belə ki verdiyin sədəqə gizli qalsın. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.
Matta 6:3–4
Uzun zamandan sonra həmin qulların ağası gəldi və onlardan hesabat tələb etdi.
Matta 25:19
Özümüzdən yaranan qabiliyyətimiz yoxdur və bunu iddia da edə bilmərik. Bizə qabiliyyət verən Allahdır.
2 Kori̇nfli̇lərə 3:5
Ya Rəbb, bizə sülh verən Sənsən, Bütün işlərimizi Sən bizim üçün tənzimləyirsən.
Yeşaya 26:12
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax11 dek 2022
Romalilara 14:16 · 1 Saloni̇kli̇lərə 5:22
10 dek 2022
Yəhya 10:29 · 2 Ti̇moteyə 1:12
9 dek 2022
Süleymanin Məsəlləri̇ 21:3 · Mi̇keya 6:8
8 dek 2022
Qalati̇yalilara 5:13 · Qalati̇yalilara 6:1–2
7 dek 2022
2 Kori̇nfli̇lərə 5:21 · Yeşaya 53:6
6 dek 2022
Fi̇li̇pi̇li̇lərə 2:13 · 2 Kori̇nfli̇lərə 3:5
