3 yan 2023
Gündəlik İşıq, 4 yanvar: Çünki bura istirahət yeri deyil
Gündəlik İşıq
Çünki hələ Allahınız Rəbbin sizə verəcəyi rahatlığa və irs torpağa çatmamısınız.
Qanunun Təkrari 12:9
Çünki bura istirahət yeri deyil.
Mi̇keya 2:10
Beləcə Allahın xalqı üçün hələ də bir istirahət qalır.
İbrani̇lərə 4:9
Can lövbərimiz kimi möhkəm və sarsılmaz olan bu ümid məbədin pərdəsinin arxasındakı iç otağa daxil olur. İsa ilk olaraq bizim uğrumuzda oraya daxil oldu.
İbrani̇lərə 6:19–20
Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm? Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız.
Yəhya 14:2–3
Çünki bu lap yaxşıdır.
Fi̇li̇pi̇li̇lərə 1:23
Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi.
Vəhy 21:4
Orada pis adamlar belə, kini atır, Yorğunlar rahatlıq tapır.
Əyyub 3:17
Bunun yerinə özünüzə göydə xəzinələr yığın. ... Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq.
Matta 6:20–21
Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün.
Kolosseli̇lərə 3:2
«Ey ölüm, qələbən hanı? Ey ölüm, neştərin hanı?»
1 Kori̇nfli̇lərə 15:55
Ölümün neştəri günahdır.
1 Kori̇nfli̇lərə 15:56
İndi isə dövrlərin sonunda, O Özünü qurban verməklə günahı aradan qaldırmaq üçün bir dəfə zühur etdi. Necə müəyyən edilmişdir ki, insanlar bir dəfə ölüb ondan sonra mühakimə olunsunlar, eləcə də Məsih bir çoxlarının günahını Öz üzərinə götürmək üçün bir dəfə təqdim edilmişdir və ikinci dəfə günahın öhdəsindən gəlmək üçün deyil, xilas gətirmək üçün Onu gözləyənlərə zühur edəcək.
İbrani̇lərə 9:26–28
Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin və ölüm qorxusuna görə ömürləri boyu əsarətdə olanların hamısını azad etsin.
İbrani̇lərə 2:14–15
Çünki qanım artıq içmə təqdimi kimi tökülmək üzrədir. Artıq ayrılma zamanım gəldi. Mən yaxşı mübarizə aparmışam, yolumu sona çatdırdım, imanı saxladım. İndi salehlik tacı mənim üçün hazır durur.
2 Ti̇moteyə 4:6–8
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax2 yan 2023
Yeşaya 42:10 · Zəbur 81:1–2
1 yan 2023
Fi̇li̇pi̇li̇lərə 3:13–14 · Yəhya 17:24
31 dek 2022
Qanunun Təkrari 1:31 · Çixiş 19:4
30 dek 2022
1 Kori̇nfli̇lərə 1:8 · Kolosseli̇lərə 1:21–23
29 dek 2022
Efesli̇lərə 5:17 · 1 Saloni̇kli̇lərə 4:3
28 dek 2022
Mark 2:5 · Yeremya 31:34
