6 yan 2023
Gündəlik İşıq, 7 yanvar: Ey Allahım (Nehemya 5:19)
Gündəlik İşıq
Ey Allahım.
Nehemya 5:19
Mən sənin cavanlığındakı mehrini, Gəlin olanda məhəbbətini, Səhrada, ot bitməyən torpaqda ardımca gəldiyini yadıma saldım.
Yeremya 2:2
Ancaq Mən cavanlıq günlərində səninlə etdiyim əhdimi yada salacağam. Səninlə əbədi bir əhd bağlayacağam.
Yezekel 16:60
Babildə yetmiş iliniz bitəndə Mən sizə yenə baş çəkəcəyəm və sizi buraya qaytaracağım barədə verdiyim xoş sözü yerinə yetirəcəyəm. Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim.
Yeremya 29:10–11
Çünki göylər yer üzündən nə qədər yüksəkdirsə, Yollarım da sizin yollarınızdan, Fikirlərim də sizin fikirlərinizdən o qədər yüksəkdir.
Yeşaya 55:9
Mən olsaydım, Allaha üz tutardım, Müşkül işlərimi Ona tapşırardım. Çünki O, dərk etmədiyimiz böyük işləri görür, Saysız xariqələr göstərir.
Əyyub 5:8–9
Ya Rəbb Allahım, Sənə bənzəyən yoxdur! Bizə aid xariqələrin, düşüncələrin çoxdur. Onlardan danışmaq istəsəm, Belə deyərdim: «Sayı-hesabı yoxdur».
Zəbur 40:5
Səni atmayacağam və tərk etməyəcəyəm.
Yeşua 1:5
Rəbbin İsrail nəslinə söylədiyi bütün yaxşı sözlərdən heç biri boşa çıxmadı, hamısı yerinə yetdi.
Yeşua 21:45
Allah insan deyil ki, Yalan söyləsin, Bəşər oğlu deyil ki, Fikrini dəyişdirsin. Dediyini həyata keçirməzmi? Verdiyi sözü yerinə yetirməzmi?
Saylar 23:19
Allahınız Rəbb əsl Allahdır. O, vəfalı Allahdır. Əhdinə sadiq qalıb Onu sevənlərin.
Qanunun Təkrari 7:9
Öz əhdini əbədi olaraq yadda saxlayır.
Zəbur 111:5
Rəbb isə deyir: «Ana südəmər körpəsini heç unudarmı? Bətnindən çıxan oğluna rəhm etməzmi? Ana öz körpəsini unutsa belə, Mən səni əsla unutmaram. Mən sənin adını ovuclarımda həkk etmişəm, Ey Sion.
Yeşaya 49:15–16
Allahın Rəbb, Qüvvətli Qurtarıcın səninlədir! O sənin üçün sevinib şadlanacaq, Səni məhəbbəti ilə yeniləşdirəcək, Sənin üçün tərənnümlə coşacaq!
Sefanya 3:17
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax5 yan 2023
İbrani̇lərə 4:3 · Yeremya 9:5
4 yan 2023
Qanunun Təkrari 12:9 · Mi̇keya 2:10
3 yan 2023
Zəbur 107:7 · Qanunun Təkrari 32:10–12
2 yan 2023
Yeşaya 42:10 · Zəbur 81:1–2
1 yan 2023
Fi̇li̇pi̇li̇lərə 3:13–14 · Yəhya 17:24
31 dek 2022
Qanunun Təkrari 1:31 · Çixiş 19:4
