7 yan 2023
Gündəlik İşıq, 8 yanvar: İsmini tanıyanlar Sənə güvənir
Gündəlik İşıq
İsmini tanıyanlar Sənə güvənir, Çünki, ya Rəbb, Səni axtaranları tərk etməzsən!
Zəbur 9:10
Rəbbin adı qüvvətli bir qaladır, Saleh qaçıb ona pənah aparır.
Süleymanin Məsəlləri̇ 18:10
Ona güvənəcəyəm və qorxmayacağam, Çünki Rəbb Allahımız qüvvətim, məzmurumdur, O mənə xilas verdi!
Yeşaya 12:2
Gəncliyimdən qocalığımadək Salehin tərk edildiyini, Nəslinin çörək üçün diləndiyini görməmişəm.
Zəbur 37:25
Çünki Rəbb ədaləti sevir, Heç zaman möminlərini tərk etmir. Salehlər daim müdafiə olunacaq, Pislər nəsilliklə kəsilib atılacaq.
Zəbur 37:28
Amma Rəbb xalqını Öz böyük ismi naminə atmayacaq, ona görə ki sizi Öz xalqı etmək Rəbbin xoşuna gəlmişdi.
Bi̇ri̇nci̇ Şamuel 12:22
Allah bizi belə bir böyük ölüm təhlükəsindən qurtardı və qurtarmaqda davam edəcək. Ümidimizi Ona bağlamışıq.
2 Kori̇nfli̇lərə 1:10
Ona qane olun. Çünki Allah Özü demişdir: «Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm». Buna görə biz arxayınlıqla deyirik: «Rəbb mənə yardım edəndir, heç qorxmaram. İnsan mənə nə edə bilər?»
İbrani̇lərə 13:5–6
Onlar ləkəsizdir.
Vəhy 14:5
Ancaq olmayacaq. Yəhudada da günah axtarılacaq, Ancaq tapılmayacaq. Çünki salamat qoyduğum adamları bağışlayacağam» Rəbb belə bəyan edir.
Yeremya 50:20
Sağ qalan xalqının cəzasını aradan götürən, Üsyankarlığını bağışlayan Sənin kimi Allah varmı? Qəzəbini əbədi saxlamazsan, Çünki məhəbbət göstərməyi xoşlayırsan. Yenə bizə rəhm edib şər əməllərimizi siləcəksən, Bütün günahlarımızı Dənizin dərinliklərinə atacaqsan.
Mi̇keya 7:18–19
Belə ki sevimli Oğlunda bizə bəxş etdiyi Öz lütfünün izzətini mədh edək.
Efesli̇lərə 1:6
İndi isə Məsih cismən ölməklə Öz bədəni vasitəsilə sizi Allahla barışdırdı ki, sizi Onun qarşısında müqəddəs, ləkəsiz və nöqsansız təqdim etsin.
Kolosseli̇lərə 1:22
Sizi büdrəməkdən qoruyub Öz izzətli hüzuruna böyük sevinclə nöqsansız çıxarmağa qadir olan Xilaskarımız, yeganə Allaha Rəbbimiz İsa Məsih vasitəsilə əzəldən bəri, indi və əbədi olaraq izzət, əzəmət, qüdrət və səlahiyyət olsun! Amin.
Yəhuda 1:24–25
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax6 yan 2023
Zəbur 90:17 · Yezekel 16:14
5 yan 2023
İbrani̇lərə 4:3 · Yeremya 9:5
4 yan 2023
Qanunun Təkrari 12:9 · Mi̇keya 2:10
3 yan 2023
Zəbur 107:7 · Qanunun Təkrari 32:10–12
2 yan 2023
Yeşaya 42:10 · Zəbur 81:1–2
1 yan 2023
Fi̇li̇pi̇li̇lərə 3:13–14 · Yəhya 17:24
