5 iyn 2023
Gündəlik İşıq, 6 iyun: Səni məhəbbəti ilə yeniləşdirəcək
Gündəlik İşıq
Səni məhəbbəti ilə yeniləşdirəcək.
Sefanya 3:17
Rəbbin sizi sevməsi, seçməsi o biri xalqlardan daha çox olduğunuz üçün deyil. Həqiqətən, siz onlardan azsınız. Rəbb sizi sevdiyi və atalarınıza verdiyi vədi yerinə yetirmək istədiyi üçün qüdrətli əli ilə sizi Misirdən çıxartdı.
Qanunun Təkrari 7:7–8
Biz sevirik, çünki öncə O bizi sevdi.
1 Yəhya 4:19
Etdiyiniz pis əməllərə görə bir zamanlar düşüncələrinizdə Allaha yad və düşmən idiniz. İndi isə Məsih cismən ölməklə Öz bədəni vasitəsilə sizi Allahla barışdırdı ki, sizi Onun qarşısında müqəddəs, ləkəsiz və nöqsansız təqdim etsin.
Kolosseli̇lərə 1:21–22
Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi.
1 Yəhya 4:10
Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü.
Romalilara 5:8
Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam».
Matta 3:17
Buna görə də Ata Məni sevir, çünki Mən canımı qurban verirəm ki, sonra onu geri alım.
Yəhya 10:17
Amma bu axır zamanda O bizə Oğul vasitəsilə müraciət etdi ... Oğul Allahın izzətinin əksi və mahiyyətinin tam surətidir. O hər şeyi qüdrətli kəlamı ilə saxlayır. O, günahlardan təmizlənməni təmin edəndən sonra ucalarda möhtəşəm Allahın sağında oturdu.
İbrani̇lərə 1:2–3
O bizə pərdədən, yəni Öz cismindən keçən yeni və canlı bir yol açmışdır.
İbrani̇lərə 10:20
Beləcə Qabil Rəbbin hüzurunu tərk etdi və Eden bağından şərqdə – Nod torpağında yaşamağa başladı.
Yaradiliş 4:16
Lakin şər əməlləriniz Allahınızla sizin aranızda ayrılıq saldı. Günahlarınıza görə Onun üzü sizdən döndü.
Yeşaya 59:2
Çünki müqəddəsliyə nail olmadan heç kim Rəbbi görməyəcək.
İbrani̇lərə 12:14
Həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz.
Yəhya 14:6
Indi isə Xilaskarımız Məsih İsanın zühuru ilə üzə çıxdı. O, ölümü yox etdi, Müjdə vasitəsilə həyatı və ölməzliyi aşkar etdi.
2 Ti̇moteyə 1:10
Çadırın ilk bölməsi durduqca Ən Müqəddəs yerə gedən yol hələ aşkar olmamışdır.
İbrani̇lərə 9:8
Çünki Məsih Özü barışığımızdır. O hər iki tərəfi bir etdi və bizi bir-birimizdən ayıran səddi, yəni ədavəti Öz cismi ilə yıxdı.
Efesli̇lərə 2:14
O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı.
Matta 27:51
Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır.
Matta 7:14
Mənə həyat yolunu öyrədirsən, Doyunca sevinc Sənin hüzurundadır, Sağ əlində hər zaman səadət var.
Zəbur 16:11
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax4 iyn 2023
Haqqay 2:9 · Bi̇ri̇nci̇ Salnamələr 22:5
3 iyn 2023
Matta 25:13 · Luka 21:34–36
2 iyn 2023
Çixiş 12:11 · Mi̇keya 2:10
1 iyn 2023
Qalati̇yalilara 5:22 · Çixiş 34:6
31 may 2023
Yaradiliş 32:28 · Huşə 12:3–4
30 may 2023
İbrani̇lərə 4:11 · Matta 7:13–14
