İsa şagirdlərinə daim dua etmək və heç ruhdan düşməmək lazım olduğu barədə bir məsəl çəkdi.
LUKA 18:1
Gündəlik İşıq

İsa şagirdlərinə daim dua etmək və heç ruhdan düşməmək lazım olduğu barədə bir məsəl çəkdi.
LUKA 18:1
Sonra İsa onlara dedi: «Məsələn, sizlərdən birinin bir dostu var. O da gecə yarısı dostunun yanına gedib deyir: “Dostum, mənə üç kömbə çörək borc ver, çünki yanıma dostum gəlib, qabağına qoyacaq heç nəyim yoxdur”. Dostu da içəridən belə cavab verir: “Məni narahat etmə. Qapı artıq qıfıllıdır, uşaqlarım yanımda yatıb, mən durub sənə bir şey verə bilmərəm”. Sizə deyim ki, o həmin adamla dost olduğu halda vermək istəməsə də, təkidlə xahiş etdiyinə görə qalxıb nə qədər ehtiyacı olsa, ona verəcək.
LUKA 11:5-8
Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua edin. Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq qalaraq bütün müqəddəslər üçün dua edin.
EFESLİLƏRƏ 6:18
O Şəxs dedi: «Burax, gedim, çünki səhər açılır». Yaqub dedi: «Mənə xeyir-dua verməsən, Səni buraxmaram».
YARADILIŞ 32:26
O Şəxs dedi: «Artıq sənə Yaqub deyil, İsrail deyiləcək, çünki sən Allahla və insanlarla güləşib üstün gəlmisən».
YARADILIŞ 32:28
Özünüzü duaya həsr edin və duada şükür edərək oyaq durun.
KOLOSSELİLƏRƏ 4:2
O günlərdə İsa dua etmək üçün dağa çıxdı. O bütün gecəni Allaha dua etməklə keçirtdi.
LUKA 6:12
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
6 iyn 2023
Zephaniah 3:17
5 iyn 2023
Luke 17:10
4 iyn 2023
Haggai 2:9
3 iyn 2023
Matthew 25:13
2 iyn 2023
Exodus 12:11
1 iyn 2023
Galatians 5:22
31 may 2023
Genesis 32:28

İsa Məsih
İsa Kafarnaumda qüdrətlə təlim verdi, insanları heyrətə saldı. Sinaqoqdakı nəcis ruh şeytanın dindən…
Namaz
Dua Allahla danışmaqdır, xristianlar üçün asan və təbii bir hərəkətdir. Onun əsas aspektlərini kəşf edin…
Kəffarə
Yom Kippurun iki keçisinin Müqəddəs Kitabdakı mənasını və kəffarədəki rolunu araşdırın. İsanın qurbanının bu…

İsa Məsih
İsa Kafarnaumda qüdrətlə təlim verdi, insanları heyrətə saldı. Sinaqoqdakı nəcis ruh şeytanın dindən…
Namaz
Həqiqi xristian duasının mahiyyətini Allahdan asılılıq və ona inamın ifadəsi kimi araşdırın.
Dünya dinləri
Karma ilə Allahın İsa Məsih vasitəsilə lütfü (krupa) arasındakı fərqi araşdırın. Məsihin karma zəncirlərini…
Cəsarət
İsanın "Cəsarətli olun" sözlərinin bağışlanma, şəfa, fırtınaları dəf etmək və xidmət üçün necə güc verdiyini…