15 noy 2023
Gündəlik İşıq, 16 noyabr: Onları həqiqətlə təqdis et
Gündəlik İşıq
Onları həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir.
Yəhya 17:17
Sizə söylədiyim söz sayəsində siz artıq təmizsiniz.
Yəhya 15:3
Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın.
Kolosseli̇lərə 3:16
Bir cavan yolunu necə təmiz saxlaya bilər? – Sənin sözlərinə bağlı qalmaqla. Bütün qəlbimlə Səni axtarmışam, Qoyma əmrlərindən çıxım.
Zəbur 119:9–10
Hikmət qəlbinə dolar, Bilikdən könlün xoş olar. İdrak səni hifz edər, Dərrakə səni qoruyar.
Süleymanin Məsəlləri̇ 2:10–11
Hər addımını yaxından izlədim, Azmadan yoluna bağlı qaldım. Ağzından çıxan əmrlərdən ayrılmadım, Gündəlik çörəkdən çox ağzından çıxan sözləri qiymətləndirdim.
Əyyub 23:11–12
Bütün müəllimlərimdən daha aqil olmuşam, Çünki göstərişlərin üzərində dərindən düşünürəm.
Zəbur 119:99
Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən, Mənim şagirdlərimsiniz. Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək.
Yəhya 8:31–32
Siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz.
Efesli̇lərə 2:19
Lakin siz Sion dağına, var olan Allahın şəhərinə – səmavi Yerusəlimə, saysız-hesabsız mələklərə, göylərdə adları qeyd edilmiş ilk doğulanların ümumi məclisinə və cəmiyyətinə, hamının Hakimi olan Allaha, kamala çatmış salehlərin ruhlarına.
İbrani̇lərə 12:22–23
Bunların hamısı imanlı olaraq öldü. Vəd edilən şeylərə nail olmadılar, amma bunları uzaqdan görüb salamladılar və özlərinin yer üzündə yad və qərib olduqlarını iqrar etdilər.
İbrani̇lərə 11:13
Bizsə səma vətəndaşlarıyıq və oradan Xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik. O hər şeyi Özünə tabe etməyə qadir olan qüvvəsinin təsiri ilə bizim yazıq bədənimizi dəyişdirib Öz izzətli bədəninə bənzər hala gətirəcək.
Fi̇li̇pi̇li̇lərə 3:20–21
Müqəddəslərin nurda olan irsinə şərik olmanız üçün sizə səlahiyyət verən Ataya sevinclə şükür edəsiniz. O bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli Oğlunun Padşahlığına köçürtdü.
Kolosseli̇lərə 1:12–13
Cana qarşı mübarizə aparan cismani ehtiraslardan uzaqlaşın. Çünki siz bu dünyada qərib və gəlməsiniz.
1 Peter 2:11
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax14 noy 2023
Zəbur 40:17 · Zəbur 37:23–24
13 noy 2023
Efesli̇lərə 5:25–26 · Efesli̇lərə 5:2
12 noy 2023
2 Kori̇nfli̇lərə 7:10 · Matta 26:75
11 noy 2023
Zəbur 78:53 · Süleymanin Məsəlləri̇ 8:20
10 noy 2023
Kolosseli̇lərə 1:10 · Romalilara 12:1–2
9 noy 2023
Zəbur 89:19 · Yeşaya 43:11
