12 noy 2023
Gündəlik İşıq, 13 noyabr: Göylərdə olan Atamız (Luka 11:2)
Gündəlik İşıq
Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin. Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin.
Efesli̇lərə 5:25–26
Məsih bizi necə sevdisə, Özünü bizim üçün Allahın xoşuna gələn ətirli təqdim və qurban olaraq fəda etdisə, siz də məhəbbətdə elə həyat sürün.
Efesli̇lərə 5:2
Çünki siz çürüyən toxumdan deyil, çürüməzdən, Allahın canlı, davamlı olan kəlamı vasitəsilə yenidən doğulmusunuz.
1 Peter 1:23
Onları həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir.
Yəhya 17:17
Doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz.
Yəhya 3:5
Bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi.
Ti̇tə 3:5
Kəlamın məni həyata qaytaracaq.
Zəbur 119:50
Rəbbin qanunu kamildir, canı təzələyir, Rəbbin öyüdü etibarlıdır, nadanı müdrik edir. Rəbbin qayda-qanunları düzdür, ürəyi sevindirir, Rəbbin əmrləri pakdır, gözləri aydın edir.
Zəbur 19:7–8
Çünki hər iki tərəfdən olan bizlər Onun vasitəsilə bir Ruhda Atanın hüzuruna çıxa bilərik.
Efesli̇lərə 2:18
Mən onlarda, Sən də Məndə olmaqla bütünlüklə bir olsunlar ki, dünya Sənin Məni göndərdiyini, Məni sevdiyin kimi onları da sevdiyini bilsin.
Yəhya 17:23
Və Mənim adımla hər nə diləsəniz, onu edəcəyəm ki, Ata Oğulda izzətlənsin. Əgər Mənim adımla Məndən bir şey diləsəniz, onu edəcəyəm. Mən də Atadan xahiş edəcəyəm və O sizə başqa bir Vəsatətçi göndərəcək ki, daim sizinlə olsun. O, həqiqət Ruhudur. Onu dünya qəbul edə bilməz, çünki Onu nə görür, nə də tanıyır. Sizsə Onu tanıyırsınız, çünki sizinlə qalır və daxilinizdə olacaq.
Yəhya 14:13–14, 16–17
Çağırış aldıqda bir ümidə çağırıldığınız kimi bədən bir, Ruh bir, Rəbb bir, iman bir, vəftiz bir, hamının Allahı və Atası birdir. O hamı üzərində, hamı ilə və hamıdadır.
Efesli̇lərə 4:4–6
Dua edəndə belə deyin: Göylərdə olan Atamız.
Luka 11:2
Beləliklə, ey qardaşlar, İsanın qanı sayəsində Ən Müqəddəs yerə daxil olmağa cəsarətimiz çatır. O bizə pərdədən ... Ona görə ürəklərimiz pis vicdandan paklanmış.
İbrani̇lərə 10:19–20, 22
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax11 noy 2023
Zəbur 78:53 · Süleymanin Məsəlləri̇ 8:20
10 noy 2023
Kolosseli̇lərə 1:10 · Romalilara 12:1–2
9 noy 2023
Zəbur 89:19 · Yeşaya 43:11
8 noy 2023
1 Saloni̇kli̇lərə 5:8 · 1 Peter 1:13
7 noy 2023
Zəbur 107:8 · Zəbur 34:8
6 noy 2023
Kolosseli̇lərə 3:4 · Yəhya 11:25
