20 noy 2023
Gündəlik İşıq, 21 noyabr: Səninlə əbədi bir əhd bağlayacağam
Gündəlik İşıq
Atanın Mənə verdiyi şəxslərin hamısı yanıma gələcək və yanıma gələni heç vaxt kənara atmaram.
Yəhya 6:37
Bəs o adam yatanda nə ilə üstünü örtsün? O Mənə fəryad edəndə səsini eşidəcəyəm, çünki Mən lütfkaram.
Çixiş 22:27
Düşmən ölkəsində yaşadıqları zaman onlara xor baxıb rədd etməyəcəyəm. Beləcə Mən onları məhv edib bağladığım əhdimi pozmayacağam, çünki onların Allahı Rəbb Mənəm.
Levi̇li̇lər 26:44
Ancaq Mən cavanlıq günlərində səninlə etdiyim əhdimi yada salacağam. Səninlə əbədi bir əhd bağlayacağam.
Yezekel 16:60
Rəbb deyir: «Gəlin indi birgə düşünək bu an, Günahlarınız qıpqırmızı parça kimi görünsə də, Onlar qar kimi ağ olacaq, Tünd qırmızı rəngə çalsa da, Onlar ağ yun kimi bəyaz olacaq.
Yeşaya 1:18
Qoy pis adam öz yolunu, Şər adam öz fikirlərini atsın. Qoy Rəbbə sarı dönsün ki, Onda mərhəmət tapsın. Qoy Allahımıza tərəf dönsün, Çünki Onun əfvi boldur.
Yeşaya 55:7
Ey İsa, Öz Padşahlığına gələndə məni xatırla!» İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan.
Luka 23:42–43
Əzilmiş qamışı qırmayacaq, Tüstülənən piltəni söndürməyəcək.
Yeşaya 42:3
O bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli Oğlunun Padşahlığına köçürtdü.
Kolosseli̇lərə 1:13
Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam».
Matta 3:17
Budur, Mənim saxladığım, seçdiyim qulum! Könlüm ondan razıdır!
Yeşaya 42:1
Amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı.
Yəhya 1:18
Allahın bizə olan məhəbbəti belə zahir oldu: Allah Öz vahid Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə yaşayaq. Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi. Biz Allahın bizə olan məhəbbətini anlayıb buna inandıq. Allah məhəbbətdir.
1 Yəhya 4:9–10, 16
Mənə verdiyin izzəti Mən də onlara verdim ki, Biz bir olduğumuz kimi onlar da bir olsun. Mən onlarda, Sən də Məndə olmaqla bütünlüklə bir olsunlar ki, dünya Sənin Məni göndərdiyini, Məni sevdiyin kimi onları da sevdiyini bilsin.
Yəhya 17:22–24
Görün Ata bizə necə məhəbbət göstərib ki, biz Allahın övladları adlanırıq! Doğrudan da.
1 Yəhya 3:1
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax19 noy 2023
Matta 7:20 · 1 Yəhya 3:7
18 noy 2023
Yeşaya 27:8 · İki̇nci̇ Şamuel 24:14
17 noy 2023
Zəbur 92:5 · Kolosseli̇lərə 1:9
16 noy 2023
Yəhya 17:17 · Yəhya 15:3
15 noy 2023
1 Kori̇nfli̇lərə 1:9 · İbrani̇lərə 10:23
14 noy 2023
Zəbur 40:17 · Zəbur 37:23–24
