19 noy 2023
Gündəlik İşıq, 20 noyabr: Qaranlıqda olsam da (Mi̇keya 7:8)
Gündəlik İşıq
Qaranlıqda olsam da, Rəbb mənim nurum olacaq!
Mi̇keya 7:8
Dərin sulardan keçsən belə, Mən səninlə olacağam, Çaylardan keçəndə batmayacaqsan, Odun içindən qaçsan belə, yanmayacaqsan, Alov səni məhv etməyəcək. Çünki Mən sənin Allahın Rəbbəm, İsrailin Müqəddəsiyəm, Sənin Xilaskarınam.
Yeşaya 43:2–3
Korları tanımadıqları yolla aparacağam, Onlara bilmədikləri yollarda rəhbər olacağam. Qaranlığı qarşılarında işığa, Kələ-kötür yolları düzənliyə çevirəcəyəm. Bu şeyləri onlar üçün edəcəyəm, Onları tərk etməyəcəyəm.
Yeşaya 42:16
Ölüm kölgəsinin dərəsində gəzsəm belə, Şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir.
Zəbur 23:4
Bu dəhşətli gündə Mən yalnız Sənə güvənirəm. Vədinə görə Allaha həmd edirəm, Mən Allaha güvənirəm, qorxmuram; Fani insan mənə nə edə bilər?
Zəbur 56:3–4
Rəbdir nurum, qurtuluşum! Mən kimdən qorxum? Rəbdir ömrümün qalası, Mən kimdən vahimələnim?
Zəbur 27:1
Çünki bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır.
1 Ti̇moteyə 2:5
Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir.
Qanunun Təkrari 6:4
Vasitəçi tək bir nəfərə aid deyildir, Allah isə birdir.
Qalati̇yalilara 3:20
Ata-babamız kimi biz də günaha batmışıq, Biz də şər iş görməklə təqsirkar olmuşuq. Misirdə olanda ata-babamız Sənin xariqələrini anlamadı, Bol məhəbbətini yada salmadı, Dəniz kənarında ... Rəbb onları yox etmək üçün niyyətini söylədi, Onu məhvedici qəzəbindən döndərmək üçün Seçdiyi Musa Onun qarşısına gəldi.
Zəbur 106:6–7, 23
Bu səbəbə görə, ey səmavi çağırışa ortaq olan müqəddəs qardaşlar, əqidəmizin Elçisi və Baş Kahini İsa haqqında düşünün. İsa Onu təyin edən Kəsə sadiq qaldı; necə ki Musa da Allahın bütün evində Ona sadiq qaldı.
İbrani̇lərə 3:1–3
Amma indi İsa daha yaxşı vədlər üzərində qurulmuş daha yaxşı bir Əhdin Vasitəçisi olduğu qədər üstün bir xidmətə nail oldu. Çünki təqsirlərinə qarşı mərhəmətli olacağam, Günahlarını daha yada salmayacağam”.
İbrani̇lərə 8:6, 12
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax18 noy 2023
Yeşaya 27:8 · İki̇nci̇ Şamuel 24:14
17 noy 2023
Zəbur 92:5 · Kolosseli̇lərə 1:9
16 noy 2023
Yəhya 17:17 · Yəhya 15:3
15 noy 2023
1 Kori̇nfli̇lərə 1:9 · İbrani̇lərə 10:23
14 noy 2023
Zəbur 40:17 · Zəbur 37:23–24
13 noy 2023
Efesli̇lərə 5:25–26 · Efesli̇lərə 5:2
