5 dek 2023
Gündəlik İşıq, 6 dekabr: Ruh həvəsli, cisim isə gücsüzdür
Gündəlik İşıq
Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz.
Fi̇li̇pi̇li̇lərə 2:13
Özümüzdən yaranan qabiliyyətimiz yoxdur və bunu iddia da edə bilmərik. Bizə qabiliyyət verən Allahdır.
2 Kori̇nfli̇lərə 3:5
İnsana göydən verilməsə, o heç nə ala bilməz.
Yəhya 3:27
Əgər Məni göndərən Ata bir kəsi cəzb etməsə, o Mənim yanıma gələ bilməz. Yanıma gələni isə Mən son gündə dirildəcəyəm.
Yəhya 6:44
Onlara eyni ürək, eyni həyat tərzi verəcəyəm ki, özlərinin və övladlarının yaxşılığı üçün Mənə həmişə hörmət etsinlər.
Yeremya 32:39
Ey sevimli qardaşlarım, aldanmayın: hər yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan nurlar Atasından gəlir. O Öz iradəsinə görə həqiqət kəlamı ilə doğulmağımıza səbəb oldu ki, biz Onun yaratdıqlarının bir növ nübarı olaq.
Yaqub 1:16–18
Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq.
Efesli̇lərə 2:10
Ya Rəbb, bizə sülh verən Sənsən, Bütün işlərimizi Sən bizim üçün tənzimləyirsən.
Yeşaya 26:12
Ruh həvəsli, cisim isə gücsüzdür.
Matta 26:41
Həqiqətən, ya Rəbb, Sənin hökmlərinin yolunda biz Sənə ümid bağlayırıq, Sənin adın, ismin ürəyimizin istəyidir. Qəlbim gecələr Sənin üçün həsrət çəkər, Bəli, ruhum daxilimdə Səni arayar.
Yeşaya 26:8–9
Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır; çünki yaxşı şey etmək istəyi məndə var, amma onu yerinə yetirməyə qadir deyiləm. Bir yandan daxili varlığım Allahın qanunundan zövq alır. Amma üzvlərimdə başqa bir qanun da görürəm ki, ağlımın təsdiq etdiyi Qanunla mübarizə aparır və üzvlərimdə olan günah qanununa məni əsir edir.
Romalilara 7:18, 22–23
Çünki cismani təbiət Ruha zidd və Ruh cismani təbiətə zidd olanı arzulayır. Onlar bir-birinə qarşı durur ki, siz istədiyinizi etməyəsiniz.
Qalati̇yalilara 5:17
Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır.
Fi̇li̇pi̇li̇lərə 4:13
Bizə qabiliyyət verən Allahdır.
2 Kori̇nfli̇lərə 3:5
Lütfüm sənə kifayətdir.
2 Kori̇nfli̇lərə 12:9
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax4 dek 2023
Əyyub 28:12 · Yaqub 1:5–6
3 dek 2023
Əyyub 5:8 · Yaradiliş 18:14
2 dek 2023
1 Yəhya 2:20 · Həvari̇ləri̇n İşləri̇ 10:38
1 dek 2023
Yeşaya 32:2 · İbrani̇lərə 2:14
30 noy 2023
Vəhy 1:4 · Fi̇li̇pi̇li̇lərə 4:7
29 noy 2023
Zəbur 65:4 · Zəbur 27:4
