16 dek 2023
Gündəlik İşıq, 17 dekabr: Bizi elə yaşat ki, ismini çağıraq
Gündəlik İşıq
Bizi elə yaşat ki, ismini çağıraq.
Zəbur 80:18
Həyat verən Ruhdur.
Yəhya 6:63
Beləcə Ruh da bizə zəif olarkən kömək edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik, lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir. Ürəkləri sınayan Allah da Ruhun nə düşündüyünü bilir, çünki Ruh Allahın iradəsinə görə müqəddəslər üçün vəsatətçilik edir.
Romalilara 8:26–27
Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua edin. Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq qalaraq bütün müqəddəslər üçün dua edin.
Efesli̇lərə 6:18
Qayda-qanunlarını heç vaxt unutmaram, Çünki onlarla məni həyata qaytarmısan.
Zəbur 119:93
Sizə söylədiyim sözlər Ruh və həyat gətirir.
Yəhya 6:63
Çünki yazılı Qanun öldürür, Ruh isə həyat verir.
2 Kori̇nfli̇lərə 3:6
Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək.
Yəhya 15:7
Biz Onun hüzurunda ona görə cəsarətlə danışa bilirik ki, Onun iradəsinə uyğun nəsə dilədikdə O bizi eşidir.
1 Yəhya 5:14
Allahın Ruhu vasitəsilə danışan heç kim «İsaya lənət olsun» deməz və heç kim Müqəddəs Ruh vasitəsi olmadan «İsa Rəbdir!» deyə bilməz.
1 Kori̇nfli̇lərə 12:3
Qaranlığın səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, bunları ifşa edin.
Efesli̇lərə 5:11
Aldanmayın: «Pis adamlarla ünsiyyət yaxşı əxlaqı pozur».
1 Kori̇nfli̇lərə 15:33
Məgər bilmirsiniz ki, azacıq maya bütün xəmiri acıdır? Əslində mayasız olduğunuz kimi köhnə mayadan təmizlənin ki, təzə xəmir olasınız ... Mən əvvəlki məktubumda sizə əxlaqsızlıq edənlərlə ünsiyyətdə olmamağı yazmışdım. Amma mən demək istəmədim ki, bu dünyanın əxlaqsızları, tamahkarları, soyğunçu və yaxud bütpərəstləri ilə ünsiyyətdə olmayın. Belə olsaydı, siz bu dünyanı tərk etməyə məcbur olardınız! Əslində mən sizə yazmışdım ki, siz özünü bacı-qardaş adlandırıb, lakin əxlaqsızlıq, tamahkarlıq, bütpərəstlik, böhtançılıq, əyyaşlıq və yaxud soyğunçuluq edənlə ünsiyyətdə olmayın. Belələri ilə bir yerdə çörək belə, yeməyin.
1 Kori̇nfli̇lərə 5:6–7, 9–11
Nöqsansız və saf olaraq bu əyri və azmış nəsil arasında Allahın ləkəsiz övladları olasınız. Onların arasında dünyanın nuru kimi parlayın.
Fi̇li̇pi̇li̇lərə 2:15
Böyük bir evdə yalnız qızıl və gümüş qablar deyil, həmçinin taxta və gil qablar da var. Onlardan bəzisi şərəfli, bəzisi də şərəfsiz iş üçün istifadə olunur.
2 Ti̇moteyə 2:20
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax15 dek 2023
Qalati̇yalilara 6:2 · Fi̇li̇pi̇li̇lərə 2:4–5
14 dek 2023
Zəbur 66:2 · Yeşaya 43:21
13 dek 2023
2 Ti̇moteyə 2:1 · Kolosseli̇lərə 1:11
12 dek 2023
Sefanya 3:15 · Yeşaya 41:10
11 dek 2023
Romalilara 14:16 · 1 Saloni̇kli̇lərə 5:22
10 dek 2023
Yəhya 10:29 · 2 Ti̇moteyə 1:12
