5 yan 2024
Gündəlik İşıq, 6 yanvar: Ey Xudavənd Allahımız (Zəbur 90:17)
Gündəlik İşıq
Ey Xudavənd Allahımız, bizimlə xoş rəftar et, Əllərimizin zəhmətini uğurlu et.
Zəbur 90:17
Gözəlliyinə görə millətlər arasında şöhrətləndin. Mənim sənə bəxş etdiyim əzəmətdən ötrü gözəlliyin qüsursuz idi” Xudavənd Rəbb belə bəyan edir.
Yezekel 16:14
Biz hamımız niqabsız üzdə Rəbbin ehtişamını əks etdirərək Rəbbin surətində dəyişilirik. Ruh olan Rəbdən yaranan bu ehtişam get-gedə bizdə görünməyə başlayır.
2 Kori̇nfli̇lərə 3:18
Məsihin adına görə təhqir olunsanız, siz nə bəxtiyarsınız!
1 Peter 4:14
Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan! Çünki öz əlinin bəhrəsini yeyəcəksən, Xoşbəxt olub uğur qazanacaqsan.
Zəbur 128:1–2
Görəcəyin işləri Rəbbə ver, Onda niyyətlərin yerinə yetər.
Süleymanin Məsəlləri̇ 16:3
Qorxu və lərzə ilə xilasınızı əməllərinizdə göstərin. Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz.
Fi̇li̇pi̇li̇lərə 2:12–13
Rəbbimiz İsa Məsihin Özü və bizi sevib lütfü ilə əbədi cəsarət və xeyirli ümid verən Atamız Allah sizi ürəkləndirsin, hər yaxşı söz və əməldə möhkəmləndirsin.
2 Saloni̇kli̇lərə 2:16–17
Həvarilər İsanın yanına yığıldı və gördükləri işlər, öyrətdikləri təlim haqqında Ona nəql etdilər.
Mark 6:30
Amma qardaşdan daha yaxın dost da var.
Süleymanin Məsəlləri̇ 18:24
Rəbb Musa ilə üz-üzə, dostu ilə söhbət etdiyi kimi danışardı.
Çixiş 33:11
Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz Mənim dostlarımsınız. Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim.
Yəhya 15:14–15
Beləcə siz də sizə əmr olunanların hamısını yerinə yetirəndən sonra deyin: “Biz dəyərsiz qullarıq.
Luka 17:10
Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik.
Romalilara 8:15
Amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin.
Fi̇li̇pi̇li̇lərə 4:6
Əməlisalehlərin duasından isə razı qalır.
Süleymanin Məsəlləri̇ 15:8
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax4 yan 2024
Qanunun Təkrari 12:9 · Mi̇keya 2:10
3 yan 2024
Zəbur 107:7 · Qanunun Təkrari 32:10–12
2 yan 2024
Yeşaya 42:10 · Zəbur 81:1–2
1 yan 2024
Fi̇li̇pi̇li̇lərə 3:13–14 · Yəhya 17:24
31 dek 2023
Qanunun Təkrari 1:31 · Çixiş 19:4
30 dek 2023
1 Kori̇nfli̇lərə 1:8 · Kolosseli̇lərə 1:21–23
