30 dek 2023
Gündəlik İşıq, 31 dekabr: Nə yeyəcəyik? və ya Nə içəcəyik?
Gündəlik İşıq
İnsan öz balasını apardığı kimi səhradan bu yerə çatana qədər Allahınız Rəbbin də sizi elə apardığını gördünüz”.
Qanunun Təkrari 1:31
Sizi qartal qanadlarında daşıdığım kimi yanıma gətirdiyimi siz özünüz gördünüz.
Çixiş 19:4
Məhəbbəti və mərhəməti ilə Onları satın aldı. Bütün keçmiş günlərdə onları götürüb apardı.
Yeşaya 63:9
Yuvasında balalarını sövq etdirərək uçuran, Onlar üzərində qanad çalan, Qanadlarını açıb onları tutan, Pərlərinin üzərində aparan qartal kimi Ona yol göstərən yalnız Rəbb idi.
Qanunun Təkrari 32:11–12
Siz qocalanacan Mən Oyam, Saçlarınıza dən düşənəcən Mən sizi aparacağam, Sizi Mən yaratdım, Mən daşıyacağam. Bəli, Mən sizi aparacağam və xilas edəcəyəm.
Yeşaya 46:4
«Əbədi, sonsuzadək Bu Allah bizim Allahımızdır. Ömrümüzün sonunadək O bizə yol göstərəcək!»
Zəbur 48:14
Sən qayğı yükünü Rəbbə ver, Qoy sənə dayaq olsun.
Zəbur 55:22
Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik? deyə bədəniniz üçün qayğı çəkməyin ... Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir.
Matta 6:25, 32
Sonra Şamuel bir daş götürüb Mispa ilə Şen arasına qoydu və «Rəbb bizə buraya qədər kömək etdi» deyərək bu daşı Even-Ezer adlandırdı.
Bi̇ri̇nci̇ Şamuel 7:12
Ancaq mülk olaraq almaq üçün olduqca çox yer qalıb.
Yeşua 13:1
Demirəm ki, indi bunlara malik olmuşam və yaxud kamilləşmişəm. Amma hədəfdən tutmaq üçün qaçıram. Çünki Məsih İsa məni bu məqsəd üçün tutub.
Fi̇li̇pi̇li̇lərə 3:12
Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.
Matta 5:48
Elə buna görə də siz bütün səylə imanınıza alicənablıq, alicənablığınıza bilik, biliyinizə nəfsə hakim olmaq, nəfsə hakim olmağınıza dözüm, dözümünüzə möminlik, möminliyinizə qardaşlıq sevgisi və qardaşlıq sevgisinə məhəbbət əlavə edin.
2 Peter 1:5–7
Dua edirəm ki, məhəbbətiniz bilik və hər cür idrak baxımından get-gedə daha çox artsın.
Fi̇li̇pi̇li̇lərə 1:9
Allahın Onu sevənlər üçün hazırladıqlarını Nə göz görüb, nə qulaq eşidib, Nə də insan ürəyi dərk edib. Bizə isə Allah bunları Öz Ruhu ilə açdı.
1 Kori̇nfli̇lərə 2:9–10
Beləcə Allahın xalqı üçün hələ də bir istirahət qalır.
İbrani̇lərə 4:9
Gözlərin padşahı bütün gözəlliyi ilə görəcək, Ucsuz-bucaqsız ölkəni seyr edəcək.
Yeşaya 33:17
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax29 dek 2023
Efesli̇lərə 5:17 · 1 Saloni̇kli̇lərə 4:3
28 dek 2023
Mark 2:5 · Yeremya 31:34
27 dek 2023
2 Kori̇nfli̇lərə 4:18 · İbrani̇lərə 13:14
26 dek 2023
1 Kori̇nfli̇lərə 15:58 · 1 Kori̇nfli̇lərə 15:58
25 dek 2023
Ti̇tə 3:4 · Yeremya 31:3
24 dek 2023
Romalilara 8:13 · Qalati̇yalilara 5:19
