27 dek 2023
Gündəlik İşıq, 28 dekabr: Günahların bağışlandı (Mark 2:5)
Gündəlik İşıq
Günahların bağışlandı.
Mark 2:5
Günahlarını daha yada salmayacağam Rəbb belə bəyan edir.
Yeremya 31:34
Tək Allahdan başqa günahları kim bağışlaya bilər?
Mark 2:7
Mənəm Öz xatirimə görə sənin üsyankarlığını silən, Bəli, Mən günahlarını da yada salmaram.
Yeşaya 43:25
Üsyankarlığı bağışlanan, Günahı əfv olunan insan Nə bəxtiyardır! Rəbb tərəfindən təqsirkar sayılmayan, Qəlbində hiylə olmayan insan.
Zəbur 32:1–2
Sağ qalan xalqının cəzasını aradan götürən.
Mi̇keya 7:18
Rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın.
Efesli̇lərə 4:32
Onda bir-birimizlə şərikliyimiz var və Onun Oğlu İsanın qanı bizi hər günahdan təmizləyir. Əgər günahsız olduğumuzu iddia ediriksə, özümüzü aldadırıq və daxilimizdə həqiqət yoxdur. Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək.
1 Yəhya 1:7–9
Nə qədər şərq qərbdən uzaqdırsa, Qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb.
Zəbur 103:12
Günah sizə hökmranlıq etməyəcək, ona görə ki siz Qanun altında deyil, lütf altındasınız. Beləcə günahdan azad olub salehliyin qulu oldunuz.
Romalilara 6:14, 18
Biz İsanı görmək istəyirik deyə ondan xahiş etdilər.
Yəhya 12:21
Sənin hökmlərinin yolunda biz Sənə ümid bağlayırıq, Sənin adın, ismin ürəyimizin istəyidir.
Yeşaya 26:8
Rəbb Onu çağıran bütün insanlara, Onu sidq ürəkdən çağıran bütün insanlara yaxındır.
Zəbur 145:18
Çünki harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam.
Matta 18:20
Sizi yetim qoymaram, yanınıza gələcəyəm.
Yəhya 14:18
Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm.
Matta 28:20
Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran günahı tərk edib qarşımızdakı yarışda dözümlə qaçaq. Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək.
İbrani̇lərə 12:1–2
İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik. İndi biliyim məhduddur.
1 Kori̇nfli̇lərə 13:12
Arzum buranı tərk edib Məsihlə olmaqdır, çünki bu lap yaxşıdır.
Fi̇li̇pi̇li̇lərə 1:23
Ey sevimlilər, indi biz Allahın övladlarıyıq, amma nə olacağımız hələ üzə çıxmayıb. Lakin bilirik ki, Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik. Ona bu cür ümid bağlayan hər kəs O pak olduğu kimi özünü pak edir.
1 Yəhya 3:2–3
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax26 dek 2023
1 Kori̇nfli̇lərə 15:58 · 1 Kori̇nfli̇lərə 15:58
25 dek 2023
Ti̇tə 3:4 · Yeremya 31:3
24 dek 2023
Romalilara 8:13 · Qalati̇yalilara 5:19
23 dek 2023
Yeşaya 27:5 · Yeremya 29:11
22 dek 2023
1 Saloni̇kli̇lərə 1:3 · Yəhya 6:29
21 dek 2023
Yeşaya 60:20 · Yəhya 16:33
